8 C
Baku
Friday, December 13, 2024

Nə üçün Azərbaycan bankları müxbir hesablar açırlar?

Yerli banklarımız xaricə ödənişlər edən zaman müxbir banklardan və müxbir hesablardan istifadə edirlər. Ödəniş edilən zaman Azərbaycan banklarının Avrozonada müxbir banklar vasitəsi ilə ödənişlər həyata keçirirlər. Bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Azərbaycan banklarının müxbir hesabları var və bu hesbalar vasitəsi ilə ödənişlər pul köçürmələri edirlər.

Xaricə pul köçürən zaman vətəndaş yalnız Azəraycan bankının hesabını deyil həmçinin bankın müxbir bank hesabını da qeyd edir və nəticədə bizim bankların bu konteksdə  birbaşa deyil müxbir banklar vasitəsilə ödənişlərə çıxış imkanları var. Bu da onunla bağlıdır ki, İnkişaf etməkdə olan ölkələrin bankları Svift sistemi olmadan ödəniş həyata keçirə bilmirlər. Nəticədə süift sisteminə uyğun həyata keçirlməsi üçün inkişaf etmiş ölkələrdə müxbir bankların olmalıdır. Bu qayda bütün inkişaf etməkdə olan ölkələr üçün eynidir.

Swift sistemi Amerika Birləşmiş Ştatlarındadır. Müxbir hesablara görə banklar arasında komissiya haqqı razılaşdırılır-deyə ekspert bildirib.

Müxbir hesablar – bankların Mərkəzi Bankda və ya digər kredit təşkilatlarında açdığı hesablardır. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır. Banklarla yanaşı, AzərPoçt da Mərkəzi Bankda müxbir hesaba malikdir. Qanunvericiliyə görə yerli banklar milli valyutada müxbir hesablarını yalnız Mərkəzi Bankda aça bilərlər. Müxbir hesabları aşağıdakı kimi təsnifləşdirmək olar:

  • Nostro» müxbir hesablar – bankın (A bankının) digər bankda (B bankında) olan müxbir hesabları;
  • Loro müxbir hesablar – digər bankın (B bankının) bankda (A bankında) olan müxbir hesabları

Nostro hesablar hesabatlarda bank aktivlərinin,  «Loro» isə bank passivlərinin tərkib hissəsi kimi qeyd olunur.

Müxbir hesablar əsasən ödəniş taprışıqlarının, yəni pul köçürmələrinin operativ həyata keçirilməsini təmin edir. Məsələn, A banka yaxınlaşan müştəri xaricdə hər hansı bir C bankına pul göndərmək istəyir. Lakin A bankının C bankında hesabı olmadığı üçün A bankı digər bir B bankından yerləşən müxbir hesabı vasitəsilə C bankına pul göndərilməsini həyata keçirmiş olur.

©fins.az

Son xəbərlər
Digər xəbərlər