9 C
Baku
Friday, December 13, 2024

Nə üçün banklar istehlak kreditlərinin faizlərini aşağı salıblar – şərh

Bankların istehlak kreditlərinin faiz dərəcəsini aşağı salmasında bir neçə səbəb var. Əsas səbəblərdən biri də odur ki, depozit faizləri üzrə də faizlər aşağı düşüb. Baxmayaraq ki, manatda sığortalı əmanətlərə 15% gəlir vəd edilir. Lakin belə bankların sayı olduqca azdır. Hazırda hətta ən aparıcı banklar belə əmanətlərə 7% bəzən isə daha da aşağı faizlər təklif edirlər. Bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, xarici valyutada sığortalı depozit faizləri 3% olmasına baxmayaraq, bu gün aparıcı banklar 1% ətrafında faiz ödəyirlər. Hətta bəzi banklarda bu göstəricilər 1%-dən belə aşağıdır.

Xatırladaq ki, bir müddət əvvəl banklarda istehlak kreditlərinin faizləri banklara müvafiq olaraq 33-26% arasında dəyişirdi. İndi isə bu göstərici 18-19%-di.

Kreditlərin hər 100 manatından 68 manatı depozitlərin hesabınadır

Kredit faizlərinin azalması təsirini ilk növbədə depozit faizlərinin azalmasında gösətir. Nəzərə alsaq ki, kredit portfelində depozit portfelinin payı kifayət qədər çoxdur və xüsusən də Mərkəzi Bankın rəsmi statistikasına əsasən bu gün Azərbaycanda bütövlükdə ölkədə kredit portfeli 11 milyard 889 milyon manatdır. Əhalinin əmanətləri isə 8 milyard 140 milyon manatdır. Bu o deməkdir ki, əhalinin əmanətlərini kredit portfeli ilə müqayisə etsək kredit portfeli depozit portfelinin 68%-dən çoxunu təşkil edir.  Bu isə o deməkdir ki, kommersiya banklarının təklif etdiyi hər 100 manatın 68 manatı məhz depozit portfeli hesabına formalaşır. Təbii ki, depozit portfeli aşağı düşdükcə kredit faizləri də aşağı düşür.

İkinci səbəb

Digər səbəb isə istehlak kreditlərinə tələbin azalmasıdır. 2014-cü ilədək Azərbaycanda kredit bazarında kreditə çıxış imkanları artan idi amma bahalı idi. Birvaxt vətəndaşların bahalı kreditlərə asan çıxışı var idi. Bu da təbii ki, prolemli kreditlərdə artımlarla müşahidə olundu. Amma artıq istehlak kreditlərinə maraq xüsusən də əvvəlki vaxtlarla müqayisədə olduqca azdır. Bir tərəfdən ötən müddətdə korlanan kredit tarixçələri , digər tərəfdən isə vətəndaşların istehlak kreditlərinə maraq  göstərməməsidir. Bu da kredit faizlərinə təsir göstərir. Çünki tələb azaldıqca faizlər aşağı salınır. Manatın 2017-ci ildən sonrakı məzənnəsinin dəyişməməsi manatla kreditə olan marağı fomalaşdırmasına baxmayaraq amma yenə də kredit götürənlər azdır.

Baxmayaraq ki, depozitlərin 40% ni manatda olan depozitlər təşkil edir. Lakin kredit portfelində ağırlıq məhz dollarla olan kreditlərin üzərindədir. Hətta banklar manatla aldıqları depozitlərin məbləğinə baxmayaraq banklar yenə də xarici valyuta kredit verməkdə maraqlı görsənirlər. Amma sözüzki milli valyuta verilən kreditlərin sayında müəyyən qədər artım var. Lakin xarici valyuta olan kreditlər aparıcılığını qoruyub saxlayır. Bu da nəticə etibari ilə valyuta baxımından kredit portfelinin diversifikasiya baxımından vacibliyindən xəbər verir.

©Fins.az

Son xəbərlər
Digər xəbərlər