Yeni il ərəfəsində biz müəyyən dəyişiklikləri səbirsizliklə gözləyirik. Planlar qururuq və ümid edirik ki, xoşagəlməz hər bir şey ötən ildə qalacaq, yeni ildə isə möcüzəli nələrinsə baş verəcəyini gözləyirik. Axı Yeni ilin bunlara nə aidiyyəti var?
Əgər diqqət etsəniz görərsiniz ki, cəmiyyətin bütün institutları, məsələn, ailə, məktəb, din, konstitusiya, həyatımızın daha yaxşı olmasına və bizim daha xoşbəxt olmağımıza kömək etməyə çalışırlar. Lakin, bizim cəmiyyətimizə nəzər salsaq, görərik ki onların metodları o qədər də faydalı deyil. Ətrafda çox az xoşbəxt insan var.
Mən bu sual ətrafında dəfələrlə düşünmüşəm və müxtəlif dinlərin bu barədə bizə nə diktə etdiyini araşdırmışam. Eyni zamanda, bu məsələyə elmin münasibətini də nəzərdən keçirib “xoşbəxt həyat necə yaşayaq” mövzusuna aid bir sıra məlumatları hazırlayıram.
Kimsə deyə bilər: “Maykl, bu mümkün deyil. Həyat-cəzadır, zülmdür. Budda bu haqda 2500 min il bundan əvvəl deyib”.
Mümkündür! Biz özümüz haqda və beynimiz haqda bir çox şeyləri öyrəndikdən sonra, bu mümkündür.
İndi isə yeni il və özümüzü necə dəyişdirə biləcəyimiz haqa danışaq.
Biz hamımız yeni ildə həyatımızda pozitiv dəyişiklərin baş verməsini istəyirik. Elə deyilmi? Bu normaldır. Hər kəs bunu istəyir.
Yanımızda bizi olduğumuz kimi qəbul edən və bir sıra müsbət keyfiyyətlərə malik olan insanın olmasını istəyirik.
Gəlirli və yorucu olmayan yeni iş əldə etmək istəyirik.
Uşaqlarımız, dostlarımız və ya valideynlərimiz ilə ünsiyyətin bizə ancaq pozitiv emosiyalar bəxş etməsini istəyirik.
Güzgüyə yaxınlaşdıqda gördüyümüz artıq çəkinin dərhal yox olmasını istəyirik.
Küçədəki insanların daha mehriban olmasını, bizi əhatə edən zibilin və dağıntıların isə yox olmasını istəyirik…
Əlbəttə ki, mən bütün bunları sizə ürəkdən arzu edirəm. Hər kəs Yeni ildə bir-birinə xoş arzular deyir.
Demək olar ki, həmişə biz hər hansısa “möcüzə” nin başverməsini gözləyirik və bizi məqsədlərimizə doğru apara biləcək konkret planları qurmuruq. Lakin, gəlin həqiqətin gözlərinin içinə baxaq. Bütün bunların nə mənası var? Mənim başqa insanlara arzuladığım xoş bir şeylər həyatda nələrisə dəyişdirəcəkmi? Bəlkə, saniyə əqrəbinin simvolik hərəkəti həyatınızda nələrisə dəyişdirəcək? Hər kəs başa düşür ki, yox. Bəs onda bütün bunlar nəyə lazımdır? Cavab gözlənildiyi kimi sadə deyil.
Bu haqda öz fikrimi bildirim, daha sonra isə mövzumuza qayıdaq. Yeni il-dünyanın bütün insanlarını birləşdirən bir bayramdır. Cəmiyyətin hansı dinə itaət etməsi və hansı dövrdə yaşaması heç bir əhəmiyyət kəsb etmir. Nə olsun ki, çinlilər, yəhudilər və ya Yeni Qvineya sakinləri bu bayramı fərqli vaxtlarda qeyd edirlər. Önəmli olan odur ki, Yeni ili bütün dünya qeyd edir.
Məlum olduğu kimi, bayramlar cəmiyyətləri yaradırlar.
Bu gözəldir! Bu çox əla bir xəbərdir! Deməli, bir-bizimizlə razılığa gəlmək və bir-birimizi başa düşmək şansımız var.
Təəssüflər olsun ki, bu bayram da artıq biznesmenlərin əllərinə keçib. Onlar, bu bayramdan mümkün qədər çox gəlir əldə etmək üçün əllərindən gələni edirlər. Bu işdə onlara KİV-lər və siyasətçilər kömək edir.
İndi isə mövzumuza qayıdaq.
Bizi bu dünyada nə birləşdirir? Mənə elə gəlir ki, daha yaxşı yaşamaq arzusu, həyatımızda pozitiv dəyişiklərin gözlənilməsi dünyada yaşayan bütün insanları bir araya gətirir. Biz sehrli “bəlkə” ni gözləyərək, hər dəfə həyatımızın bir səhifəsini çeviririk. Həyatımızın neçə səhifəsi və ya bölməsi keçmişdə qalmalıdır ki, biz bu metodun yararsız olduğunu başa düşək? Sehrli “bəlkə” heç vaxt olmayacaq.
Bizim həyatımız yalnız öz əlimizdədir. Əgər biz həyatımızda dəyişiklərin baş verməsini istəyiriksə, özümüzü dəyişdirməliyik. Bu həyatın qanunudur.
Niyə biz hər il həyatımızda dəyişdirmək istədiyimiz şeylərin siyahısını tuturuq? Bir ildən sonra isə həmin siyahını yenidən yazmağa heç bir ehtiyac olmur, biz onu sadəcə köçürə bilərik.
Niyə özümüzü dəyişdirmək bu qədər çətindir?
Niyə hər il insanların bir çoxları özlərini dəyişdirmək qərarına gəlirlər və saniyə əqrəbinin bu işdə onlara kömək edəcəyinə inanırlar? Niyə bir çox insan həyatlarında dəyişiklik istəmirlər və bir odun parçası kimi axın istiqamətində üzməyə davam edirlər?
Niyə həqiqi dəyişiklər etmək bu qədər çətindir? Niyə insanların bir çoxları məqsədlərinə çatmamış təslim olurlar?
Cavab çox sadədir-çünki bu həqiqətən də çətindir. Çox çətindir. Həyatda ən çətin şey, özünü dəyişdirməkdir.
Çətinlik nədən ibarətdir?
Zaman keçdikcə, biz, həyatımızı sadələşdirə biləcək bir çox əşyalar yaradırıq. Buna baxmayaraq, biz yenə də daha asan yollar axtarmağa davam edirik və “Om qanunu” ilə yaşayırıq. Paradoks isə ondan ibarətdir ki, həyat sadələşmir. Depressiyalar, intiharlar, boşanmalar və psixiki xəstəliklərin səviyyəsi artmağa davam edir. Sual: niyə belə olur? İldən ilə dünya üzrə həyat şəraiti yaxşılaşır, lakin yaşamaq hələ də çətindir! Niyə?
Bu gün biz, özümüzü necə dəyişdirə biləcəyimiz haqda danışacağıq. Bu məsələnin başında tənbəllik dayanır.
Tənbəllik-anadan olduğumuz zaman əldə etdiyimiz bir keyfiyyətdir. Bu keyfiyyətin köməyi ilə, bəşəriyyət sağ qala bilib. Gəlin bu məsləyə ətraflı nəzər salaq.
Bizim beynimiz yeganə məqsəd ilə yaradılmışdı – sağ qalmaq və aqressiv olan ətraf mühitdə çoxalmanı təmin etmək. Bir anlıq alovun kəşfindən öncəki insan həyatını təsəvvür edin. Onlar nə ilə qidalanırdılar? Nə geyinirdilər? Vəhşi heyvanlardan necə qorunurdular? Bu haqda düşünsəniz, başa düşəcəksiniz ki dünya çox dəyişilib, həyat isə sadələşib.
İndi isə müasir bir insanın həyatını təsəvvür edin. Bu çox sadədir, çünki bu sizin öz həyatınızdır. Həyat üçün heç bir təhlükə yoxdur, qida çoxdur. Bitdi! Biz öz “minimum” proqramımızı yerinə yetirmişik.
Belə ki, həyat şəraiti dəyişilib və sadələşib, bizim beynimiz isə heç vaxt deyişməyəcək. Unutmayaq ki, beyin insan orqanizminin ən çox enerji xərcləyən orqanıdır. Onun çəkisi 1,5-2 kq, enerji xərcləri isə təqribən 30% təşkil edir. Təbii ki, beyində enerjiyə qənaət etməyə kömək edən bir sistem vardır.
Məhz bu sistem, tənbəlliyin əsasını təşkil edir. Bütün hallarda bizim beynimiz enerjiyə qənaət etməyə çalışacaq.
Bu, termodinamika qanuna uyğun gəlir. Bu informasiya, bizə çox kömək olacaqdır.
Yəqin ki siz başa düşürsünüz ki, xarici görkəmi dəyişdirmək daha asandı. Daxili xüsusiyyətləri və ya xarakteri dəyişdirmək isə daha çətindir. Tutaq ki, siz daha sağlam olmaq üçün idmanla məşğul olacağınıza qərar verdiniz. Statistika göstərir ki, 2 aydan sonra idman zalına abunə almış 100 nəfərdən yalnız iksi ora getməyə davam edir. Bəs qalan 80 nəfər? Cavab sadədir: müəyyən çətin anlarda beyin idmanla məşğul olmamaq üçün müxtəlif bəhanələr ortaya çıxarıb.
Bu bəhanələr hamıda demək olar ki eynidir. Onlardan bəziləri sizə də tanış gələ bilər:
- Bu gün çətin bir gün idi, mən yorğunam, ona görə onsuz da keyfiyyətli idman edə bilməyəcəm. Yaxşısı odur ki, sabah edərəm.
- Bu gün istirahət günü və ya ananın, qardaşın və s. ad günüdür. Bu gün istirahət etməliyəm, sabah gedərəm idman zalına.
- Bu gün özümü pis hiss edirəm, əhvalım da pisdir, sabah gedərəm.
Bunları bizə kim deyir? Qonşu, həyat yoldaşımız, Obama? Yox, bizim beynimiz.
Belə bir hal ilə üzləşdiyiniz zaman beyninizi tərifləyin:
- Axı sən ağıllısan, kreativsən, çox gözəl ideyalar yarada bilirsən. Mən düşünürəm ki, sən çoxbilmişsən. Dünən idmandan sonra mən özümü daha gümrah hiss edirdim.
Və bu həmişə belədir. İş günündən sonra biz çox yorğun oluruq və idmanla məşğul olmağa həvəsimiz olmur. Əslində isə uzun müddət ərzində idmanla məşğul olmadığınıza görə enerjimiz yoxdur.
Eyni vəziyyət özünüzü inkişaf etdirmək qərarına gəlsəniz yaranacaq. Sizin beyniniz hər zaman müxtəlif bəhanələr tapacaq.
Şüurunuza inanmayın, o çox zəifdir və heç bir şeyi idarə edə bilmir.
Həyatınızı elə qurun ki, başqa variantınız olmasın. Telefonunuzdan və kompüterinizdən vaxtınızı alan bütün lazımsız proqramları silin. Özünüzü eyni məqsədli və dünya görüşlü insanlarla əhatə edin.
Lazımsız yığıncaqlardan uzaq durun və həyatınız dəyişəcək. Başa düşməlisiniz ki, nə prezident, nə saat əqrəbi, nə də qardaşınız sizin həyatınızı dəyişdirə bilməz.
Onların öz həyatı və problemləri var. Yalnız özünüz öz həyatınızı dəyişdirə bilərsiniz, bunun üçün öncə özünüzdən başlamalısınız.