11 C
Baku
Tuesday, November 26, 2024

Nə üçün texnoparklarda güzəştlərdən bəhrələnənlərin adları açıqlanmır?

2022-ci ilin sonu Prezident İKT sektorunda inkişafa ciddi təkan verəcək bir sıra yeni sənədlər imzalayıb. Onlardan biri və ən əhəmiyyətlisi də texnoparka rezidentlik statusu alan hüquqi və fiziki şəxslərlə bağlıdır.

Belə ki, bu statusu alanlar 10 il müddətinə vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar,  sosial sığorta haqqları ilə bağlı ciddi güzəştlər verilir.  Texnologiya Parklarından (Texnopark) kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması da  tələb olunmur.

Bununla bağlı şərh verən Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirir ki, güzəştlərin şamil olunduğu İT şirkətlərin fəaliyyət istiqaməti xeyli məhdud (sistem inteqrasiyası və proqram təminatı istehsalı) olsa da, qəbul olunan sənədlər sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

“Yeri gəlmişkən, uzun müddətdən bəri gözlənilən bu güzəştlərin qəbulu istiqamətində  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN)  apardığı sistemli işlər də diqqət çəkən olub.

Görəsən Prezidentin bu fərmanı necə icra olunur,  indiyədək bu güzəştlər  kimlərə şamil olub, proses necə baş verir?”

Osman Gündüzə görə, qısa bir araşdırma ilə müəyyən etmək olar ki, bu sahədə səlahiyyətli qurum olan RİNN-nin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cəmi bir dəfə bir neçə şirkətə texnopark rezidentliyi statusu Şəhadətnaməsinin verilməsi haqqında qısa bir məlumat paylaşıb.

Status alan şirkətlərin adları açıqlanmayıb. Vəssalam. Hələlik bununla bağlı başqa məlumat tapmaq mümkün deyil.

Ümumiyyətlə, düşünürəm ki, bu güşətlərin tətbiqi ilə bağlı İRİA tərəfindən apsrılan işləri heç bir halda yetərli hesab etmək olmaz.

Onsuz da biz bu sahədə bir xeyli ləngimişik. Gəgəkdir ki, İRİA güzəştlərdən bəhrələnlərin sayının artması üçün ciddi işlər aparsın.

Təəssüf ki, bu sahədə hələlik şəffaflıq da yetərli deyil.

Maraqlandığım iddiaçıların heç bilri bilmir ki, proses necə təşkil olunur, meyarlar nədir, kimlərə şamil olunur,  qərarlar  necə qəbul edilir, kimlər iştirak edir?

Düşünürəm ki, İRİA -nın bu prosesin təşkilinə maraqlı tərəfləri cəlb etməsi, prosesi şəffaf qurması, qəbul edilən müraciətlər, güzəştlərdən bəhrələnlər və imtinalarla bağlı ətraflı məlumatlar verməsi çox vacibdir”- deyə, Osman Gündüz deyir.

O ümid edir RİNN və  İRİA qərarların qəbulu prosesinin şəffaf və maraqlı tərəflərin iştirakı ilə qurulmasına, hesabatlılığın təmin edilməsinə diqqəti artıracaq.

Son xəbərlər
Digər xəbərlər