Protokolun yaranma səbəbi
Qlobal istiləşmə və iqlim dəyişikliklərinə qarşı mübarizənin dünya ölkələrinin birgə iştirakı ilə aparılması.
Yaranma tarixi
Protokol, 11 Dekabr 1997-ci il tarixində Yaponiyanın Kioto şəhərində keçirilən 3-cü Tərəflər Konfransında (COP3) qəbul edilmiş və 16 Fevral 2005-ci ildə qüvvəyə mindmişdir. Protokola 192 ölkə tərəfindən ratifikasiya edilmişdir (2024, İyul).
Qeyd etmək lazımdır ki, tarixdə ilk dəfə bu tərkibdə (192) ölkənin iştirakı ilə qlobal istiləşmə və iqlim dəyişikliklərinə qarşı mövqe bildirilir və sənəd imzalanır.
Hədəflər
- Atmosferə buraxılan istixana qazlarının miqdarını 1990-cı ildəki qlobal göstəricidən 5.2% azaltmaq
- Sənaye, nəqliyyat və isitmə sahələrindən atmosferə buraxılan istixana qazlarının (6 sayda) miqdarını azaldımasına dair tənizməyici sənədlərin yenidən formalaşdırılması
- Atmosforə buraxılan metan və karbon qazının həcminin azaldılması üçün alteranativ enerji mənbələrindən istifadənin genişləndirilməsi
- Daha az enerji tələb edən isitmə və nəqliyyat vasitələrinə dair texnoloji sistemlərin hazırlanması və gündəlik istifadəyə adaptasiya edilməsi
- Nəqliyyatda və digər sahələrədə yanacaq üçün istifadə olunan bərpa olunmayan enerji mənbələrindən bərpa olunan enerjini məblərinə keçidin təmin edilməsi
Kioto Protokolunun müəyyən uğurları olsa da, müəyyən etmiş olduğu hədəflərə nail ola bilməməsi baxımından ümumilikdə uğursuz hesab olunur.
Məlumat etmək üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Kioto Protokolunu 18 İyul 2000-ci il tarixində ratifikasiya etmişdir.
Müəllif: Orxan Məmmədli