13 C
Baku
Wednesday, November 20, 2024

Nədir “Paris Sazişi”?

Sazişi zəruri edən səbəb
Qlobal miqyasda baş verən iqlim dəyişikliklərinin ətraf mühitə olan neqativ təsirlərinin getdikcə intensivləşməsi.

Yaranma tarixi
Saziş, 15 Dekabr 2015-ci il tarixində Fransanın Paris şəhərində keçirilən 21-ci Tərəflər Konfransında (COP21) qəbul edilmiş və 04 Noyabr 2016-cı ildə qüvvəyə minmişdir. Sazişə 195 ölkə razılıq verib, 189-u isə ratifikasiya edib (2024; İyul).

Hədəflər

  • Qlobal istiləşməni sənayeləşmədən əvvəlki (1850-1900) temperaturdan 2 dərəcədən çox olmamaqla 1.5 dərəcəyə qədər cilovlamaq (2040-a qədər). Bu göstərici hazırda 1 dərəcə ətrafındadır (2024; İyul)
  • Hər bir ölkənin iqlim hədəflərinə dair öhdəliklərini öz resurslarına mütənasib olaraq müəyyənləşdirmə imkanı tanımaq və dəstək olmaq
  • Lazım olan investisiyaların, maliyyənin ölkələr arasında axınını asanlaşdırmaq
  • Texnoloji inkişaf və bunun ölkələr arasında mobilliyini təmin etmək
  • Effektiv nəticələr üçün 195 ölkə arasında sıx əməkdaşlığı formalaşdırmaq
  • Şəffaflıq və nəticəyönümlü fəaliyyət üçün hesabatlığı təmin etmək (hər 5 ildən bir)

Məlumat etmək üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Paris Sazişini 28 oktyabr 2016-cı il tarixdə ratifikasiya etmişdir.

 

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər