12 C
Baku
Monday, November 25, 2024

Nəhəng bank çirkli pulların yuyulmasında şübhəli bilinir

İtaliya prokurorluq nümayəndələri Bank of China-nın Milanda yerləşən bölməsini çirkli pulların yuyulmasında günahlandırır. Prokurorluğun məlumatına görə, 4,5 milyard avro İtaliya hesablarından Çinə köçürülmüşdür.

Onların sözlərinə görə, bu pullar cinsi istismar, saxta pulların hazırlanması, vergidən yayınma və əmək istismarından əldə edilən vəsaitlərdir.

İtaliyanın yerli KİV-nin yaydığı məlumata görə, Bank of China bankının 4 yüksəkrütbəli menecerinə qarşı ittihamlar irəli sürülə bilər. Qeyd edək ki, 4,5 milyard avro 2007-2010-cu illər ərzində İtaliyadan Çinə köçürülmüşdür.

Son xəbərlər
Digər xəbərlər