5 C
Baku
Saturday, December 14, 2024

Nəhəng bank mobil bankinqin inkişafına görə şöbələrini bağlayır

Amerikanın nəhəng JPMorgan Chase bankı yaxın iki il ərzində 500 bank şöbəsini bağlamağı planlaşdırır. Buna səbəb isə zamanla müştərilərin daha çox online və yaxud mobil bankinqdən istifadə etməyə başlamasıdır. Bank isə bununla xərclərinin əhəmiyyətli bir hissəsini azaltmış olacaq.

JPMorgan Chase öz planlarını bu həftə səhmdarlar üçün keçirilmiş illik konfrasda elan etmişdir. Bank ümumilikdə 2015-ci ildə xərclərini 1,4 milyard dollara qədər azaltmağı planlaşdırır.

Qeyd edək ki, 2014-cü ildə JPMorgan bankının 5602 şöbəsi və 46 000 əməkdaşı var idi.

Son xəbərlər
Digər xəbərlər