Almaniyanın nəhəng Deutsche Bank bankının verdiyi rəsmi məlumata görə bankın həmsədrləri Yurgen Fichen və Anshu Jane tutduqları vəzifələrini tərk etmişlər.
Jane vəzifəsini iyun ayında tərk etsə də, bankın konsultantı olaraq qalacaq. Fichen isə gələn ilin may ayında baş tutacaq illik görüşə qədər bankın icraçı direktoru vəzifəsində çalışacaq.
Bankın Müşahidə şurasının üzvü Con Krayen 1 iyul tarixindən bankın həmsədri vəzifəsini tutacaq. Beləliklə, Fichen vəzifəsini tərk etdiyi andan etibarən o Deutsche Bank-ın vahid sədri olacaq.