23 C
Baku
Tuesday, May 21, 2024

Nəhəng banklar yeni böhrandan qaçmağa üsul axtarır

Credit Suisse və Goldman Sachs-da daxil olmaqla dünyanın 18 nəhəng bankı derivativlərlə iş üzrə yeni qaydalar barədə razılığa gəlmişlər ki, bu da 2008-ci ildə baş verən böhranə xatırladan gələcək maliyyə böhranından qaçmağa imkan verəcək.

İştirakçılar çətin vəziyyətdə olan maliyyə institutları ilə derivativ müqavilələrin fəaliyyətini dayandırmamaq qərarına gəlmişlər. Bu 2008-ci ilin sentyabr ayında Lehman Brothers investisiya bankının iflası ilə başlamış böhrana analoji olan gələcək böhranı yumşaltmalıdır.

Həmçinin yeni qaydalar iflas həddindən olan bankların xilası problemini həll etməyə xidmət edəcək. Yeni qaydalar barədə danışıqlar bir neçə ay davam edib. Bu danışıqlarda aktivləri idarə edən tənzimləyicilər, qiymətli kağız dilerləri iştirak etmişlər. Razılıq 1 yanvar 2015-ci ildən etibarən qüvvəyə minəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər