6 C
Baku
Monday, December 16, 2024

Nəhəng banklardan biri Bitcoin-ə analoq valyuta yaratdı

Nəhəng beynəlxalq banklardan biri olan Citi-nin innovasiyalar üzrə laboratoriyası bir neçə il ərzində paylanmış hesablamalar texnologiyası üzərində işləyirdi.

Ekspertlər Blockchain texnologiyasını və onun maliyyə sahəsində tətbiqini öyrənirdilər. Görünür dünyanın nəhəng banklarından biri nəticə əldə etməyə nail olub. Belə ki, Citi laboratoriyası nümayəndələri şəxsi rəqəmsal valyutalarını yaratmışlar.

Ekspertlərin sözlərinə görə, hazırda Blockchain texnologiyası əsasında 3 ayrı sistem sınaq mərhələsindədir. Həmçinin laboratoriya əməkdaşları  hazırda laboratoriyadan kənar sınaqdan keçirilən Bitcoin-ə analoq valyuta yaradılması barədə proqnoz vermişlər.

Son xəbərlər
Digər xəbərlər