9 C
Baku
Thursday, December 12, 2024

Nəhəng banknotlar

Amerikalı rəssan Pol Russo pleksiqlas üzərində istilik diffuziyası ilə hipper elastik, nəhəng əzik pullar formasında möhtəşəm heykəltəraşlıq nümunələri yaradır.

Bunlar ABŞ və müxtəlif ölkələrin banknotları formasında və 1,2 x 1,5 m ölçüsündədir. Bu banknot nümunələrini rəsm əvəzi divardan asmaq da mümkündür.

Banknotlarla yanaşı Russo həmçinin digər heykəltəraşlıq nümunələri də yaradır. Bunlara misal olaraq, bükülmüş konfet kağızları və jurnal səhifələrindən əzik rəsm nümunələrini göstərmək olar. Sözsüz ki, onların da ölçüləri nəhəngdir.

Onların əzik formalarına baxmayaraq, bu əsas heykəltəraşlıq aspekti deyil. Burada əsas ideya – insanın özündən böyük həcmdə olan pulların yaradılması idi.

O, yaradıcılıq fəaliyyətinə «Revlon», «Clairol», «Condé Nast» и «Bloomingdale’s» kimi şirkətlərdə art-direktor və freelance-illustrator kimi başlamışdır.

Ona həmçinin Şimali Karolinada Robert De nironun evinin daxili dizayn proyekti olan «TimeWarnerCableArena» da tapşırılmışdı.

Onun əl işlərini Atlanta, Şarlotta, Los-Ancelos, Yeni Orlean və Mayamidəki qalereyalarda nümayiş etdirmişlər.

hypersized01

hypersized02

hypersized03

hypersized05

hypersized04

hypersized06

hypersized07

hypersized08

hypersized09

hypersized11

hypersized10

Son xəbərlər
Digər xəbərlər