11 C
Baku
Saturday, November 16, 2024

Nəhəng neft ölkəsində 1600%-lik inflyasiya proqnozlaşdırılır

Dünyanın ikinci ən böyük neft ehtiyatlarına sahib olan ölkəsi Venesuelada 2017-ci ildə 1640% inflyasiya proqnozlaşdırılır. Bu barədə “The Wall Street Journal” Beynəlxalq Valyuta Fondunun (İMF) hesabatına istinadən məlumat verib. Fonddan bildirilib ki, Venesuelada 2016-cı ildə 480% inflyasiya olacağı ehtimal edilir. İnflyasiyaya səbəb kimi ölkənin möhkəm valyutaya sahib olmaması göstərilib.

Xatırladaq ki, Venesuela 211 mlrd. barel neft ilə dünyanın ikinci ən böyük neft ehtiyatlarına sahib ölkəsidir. Həmçinin Venesuela gündəlik 2,65 mln. barel neft hasilatı ilə 8-ci sırada formalaşıb.

“The Wall Street Journal” qeyd edir ki, Venesuela 2006-cı ildən İMF-lə əməkdaşlığı dayandırıb. Ölkə kəskin azalan neft qiymətləri fonunda yüksək büdcə və tədiyyə kəsiri ilə üzləşib. Bu səbəbdən Venesuela, digər ölkələrə yardım üçün müraciət edib və 2015-ci ildə Çindən 10 mlrd. ABŞ dolları həcmində yardım alıb. Ölkədə ərzaq məhsulları qıtlığı yaşanır. Hökümət ərzaq qitlığını aradan qaldırmaq məqsədilə qonşu Kolumbiya ilə sərhədləri açmağa məcbur olub./Report

Son xəbərlər
Digər xəbərlər