3 C
Baku
Monday, December 22, 2025

Nəhəng neft şirkəti 30 milyard dollarlıq 15 müqavilə imzalayacaq

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” 30 milyard dollarlıq 15 müqavilə imzalayacaq.

Banker.az bildirir ki , Orta Şərqin birinci, dünyanın isə dördüncü böyük neft-kimya şirkəti olan “Aramco” Riyadda keçirilən “The Future Investment Initiative” (FII) forumu çərçivəsində dəyəri 30 milyard dollar olmaqla ümumilikdə 15 müqavilə imzalayacaq.

Bu gün işə başlayan forum oktyabrın 25-dək davam edəcək. Səudiyyə Ərəbistanı bu forum çərçivəsində neft, qaz, infrastruktur və digər sektorları əhatə edən ümumilikdə 50 milyard dollarlıq müqavilələr imzalamağı planlaşdırır.

Qeyd edək ki, mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər