9 C
Baku
Friday, December 13, 2024

Nəhənglərin mübarizəsi: Visa və Mastercard-ın yeni rəqibi peyda olub

Çinin milli ödəniş sistemi olan China UnionPay Visa və Mastercard nəhəngləri ilə ciddi mübarizəyə qoşulub.

Banker.az saytının Financial Times nəşrinə istinadən verdiyi xəbərə görə, UnionPay üçün ən perspektivli bazarlar isə inkişaf etməkdə olan və frontal bazarlardır.

Məsələn, Myanmarda 53 milyon insanın yalnız 2%-i plastik kartdan istifadə edir və bu səbəbdən də, UnionPay, Visa və Mastercard şirkəti bərabər şərtlərə sahibdirlər. Bu vəziyyət İndoneziya Malayziya, Qazaxıstan və Konqo Demokratik Respublikasında da keçərlidir. UnionPay bu ölkələrdə bazarı kifayət qədər sürətlə “ələ keçirir”. Visa və Mastercard isə ödəniş infrastrukturu daha çox inkişaf etmiş ölkələrdə öz liderliyini təmin edib.

UnionPay şirkəti son 15 ildə tranzaksiya həcmi baxımından nəhəng plastik kart emitenti olub. Britaniyanın RBR təşkilatının məlumatlarına əsasən, 2015-ci ildə Çinin ödəniş sistemi kartla ödəniş bazarında 37% paya sahib idi.

UnionPay şirkətinin müştəri bazası əsas olaraq Çində yerləşir və dünya bazarında şirkət cəmi 0,5% paya sahibdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici Visa şirkətində 50, Mastercardda isə 31% təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər