3 C
Baku
Saturday, December 14, 2024

Nəqliyyat Agentliyi Zərifə Əliyeva küçəsində avtobus dayanacağını nəzarətə götürüb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Zərifə Əliyeva küçəsində avtobus dayanacağını nəzarətə götürüb.

Bu barədə AYNA-dan bildirilib.

Məlumata görə, adıçəkilən küçədə dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir və sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur.

Çoxsaylı müraciətləri nəzərə alaraq AYNA əməkdaşları Zərifə Əliyeva küçəsini nəzarətə götürüblər və hərəkətin tənzimlənməsində onlara Dövlət Yol Polisi əməkdaşları yardım edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər