12 C
Baku
Saturday, November 23, 2024

Nəqliyyat infrastrukturu obyektlərinə dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 749-2023 “Nəqliyyat infrastrukturu obyektlərinin adlandırılması, daşınmaz əmlak obyektlərinə ünvanın verilməsi, ünvan lövhələrinin hazırlanması və quraşdırılması” dövlət standartını qəbul edib.

Bu barədə AZSTAND-dan məlumat verilib.

Standarta görə ünvan reyestrinə daxil edilən və açıq hesab edilən məlumatların müvafiq internet saytında yerləşdirilməsini Əmlak Məsələləri Dövlət Xidməti təmin edir. Dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilən ünvanlardan istifadə etməlidirlər.

İnstitut standartı təsdiqləyərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər