10 C
Baku
Wednesday, December 11, 2024

Nəqliyyat vasitələrinin özəlləşdirilməsindən daxilolmalar 4 dəfə artıb

2022-ci ilin yanvar-avqust aylarında nəqliyyat vasitələrinin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib. Hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Dövlət Xidmətindən bildirilir ki,2022-ci ilin yanvar-avqust ayları ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1.467.785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1.843.318 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 375.533 manat çox olub.

Cari ilin ilk 8 ayı ərzində nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər