-3 C
Baku
Sunday, December 15, 2024

Nəqliyyat vasitələrinin texniki baxşıdan keçirilməsi rüsumu 50% artırılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, rüsumun artırılması üçün “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilir. Hazırda bu rüsum 20 manatdır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Report

Son xəbərlər
Digər xəbərlər