Bu il yeni yaradılan Nəqliyyat Vasitələrinin Utilizasiyası Fonduna daxil olması proqnozlaşdırılan vəsaitin həcmi məlum olub.
Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində əksini tapıb.
“Nəqliyyat vasitələrinin utilizasiyası Fondu”na (məqsədli büdcə fondu) 25 milyon manat səviyyəsində daxilolma proqnozlaşdırılır.