17 C
Baku
Monday, May 6, 2024

Nəqliyyat vasitəsilə malların daşınmasına görə hansı sənəd verilməlidir?

Mülkiyyətində olan nəqliyyat vasitəsilə malların daşınmasını həyata keçirən vergiödəyicisinə həmin malların daşınmasına görə hansı sənəd verilməlidir?

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, “Avtomobil nəqliyyatı haqqında” Qanuna uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsini və yük avtonəqliyyatı üçün elektron yol vərəqəsini tərtib etmək vergiödəyicisinin vəzifələrinə aiddir.

Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən vergiödəyicisi tərəfindən yüklərin yükgöndərəndən yükalana daşınaraq təhvil verilməsi elektron əmtəə-nəqliyyat qaiməsi və elektron yol vərəqəsi əsasında həyata keçirilir.

MənbəAZƏRTAC
Son xəbərlər
 ⁠
Digər xəbərlər