19 C
Baku
Friday, September 12, 2025

Nəqliyyatla bağlı yeni qanun layihəsi hazırlanıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyası üzrə ilk iclası sentyabrın 17-də keçiriləcək.

İclasda 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2025-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə ediləcək.

Həmçinin, yeni hazırlanan “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi də müzakirəyə çıxarılacaq.

İclasda deputatlar “İpoteka haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Vergi məcəlləsinə”, “Gömrük tarifi haqqında” qanunlara dəyişiklikləri də müzakirə edəcəklər.

Son xəbərlər
Digər xəbərlər