6 C
Baku
Tuesday, December 24, 2024

Nəvə vəfat etmiş nənə-babasının pensiyasını ala bilərmi?

“Bəzən insanlar elə düşünür ki, baba və ya nənə vəfat etdikdə nəvələri onların pensiya ala bilərlər. Lakin bu, çox yanlış fikirdir”.

Bunu vəkil Vamiq Şükürov deyib.

Vəkil bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, ailə başçısını itirməyə görə yalnız onun övladları və digər kateqoriyalı şəxslər pensiya ala bilərlər: “Bunlar vəfat edən şəxsin 18 yaşına çatmayan övladları, 23 yaşına kimi əyani təhsil alan övladları və yaxud da uşaqlıq dövründə əlillik alıb 18 yaşından sonra əlilliyi olan şəxslər və digər şəxslərdir. Nəvələr bu siyahıda yer almayıb”.

V.Şükürovun sözlərinə görə, bəzən valideynlər öz uşaqlarını nənə-babaya övladlığa verməklə bu pensiya növündən faydalanmaq istəyirlər: “Təbii ki, pensiya verən qurumlar da bu faktın geniş yayıldığını bildikləri üçün belə bir övladlığa götürmə zamanı hər hansısa bir pensiyanı ödəməkdən imtina edirlər. Ümumiyyətlə, bu cür övladlığa götürmə çox çətin bir prosedurdur. Adətən, uşaq valideyn himayəsindən məhrum olursa, yaxud valideynləri onu saxlamaqdan imtina edirlərsə, bu zaman baba və ya nənə, digər qohumlar, o cümlədən, digər şəxslər onu övladlığa götürə bilərlər”.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər