19 C
Baku
Sunday, May 12, 2024

Nəyə görə “3 alanlar” daha çox uğur qazanır?

Britaniyalı jurnalist Con Haltivanqer məktəb təhsili qiymətlərinin intellektual bacarıq göstəricisi olmadığına və 3 alanların həyatda məktəbi daha yaxşı qiymətlərlə bitirənlərdən daha çox uğur qazandıqlarına aid qalmaqallı məqalə yazmışdır. 

Məqalə müəllifi belə nəticəyə gəlmişdir ki, təcrübələrin sübut etdiyinə görə, əla qiymətlərlə zəngin attestat heç də parlaq gələcəyin açarı deyil və heç də 2 alanlar işsizlik problemi yaşamır. Dünya bir çoxlarının həsəd aparıcağı məktəbi zəif qiymətlərlə bitirmiş çoxlu sayda varlı və məşhur şəxs tanıyır.

Məsələn, Steve Jobs kolleci bitirə bilməmişdi. Eyni vəziyyət Mark Tsugerberq və Bill Gates ilə də baş verib.

Ağıl – abstrak anlayışdır və məktəbdə əldə edilən nailiyyətlər onu ölçmək üçün heç də obyektiv üsul deyil. Məzunun uğuru onun təhsil müəssisəsi çərçivəsində nə əldə etməsi ilə ölçülür. Məktəb isə heç də həmişə bizi real, sərbəst həyat qaydalarına hazırlaya bilməz.

Uğur – ehtiras, əzmkarlıq, emosionallıq, uğursuzluğu qəbul etmək və ona dözmək bacarığı tələb edir. Buna görə də, bir çoxlarının ilk başda “yararsız” hesat etdiyi “3 alanlar” hazırda dünyamızı idarə edirlər. Onlar mübarizə aparmağın nə demək olduğunu yaxşı bilirlər. Çünki uşaqlıq dövründən uğursuzluqlarla mübarizə aparmışlar.

Onlar dinləyir, lakin heç də həmişə hər kəs kimi davranmır və nəticədə qalib gəlirlər. Lakin bu heç də o demək deyil ki, məktəbdə pis qiymətlər almağın özü həyatda uğura zəmanət verir. Qiymətləndirmə yalnızca kağız üzərində olan rəqəmlərdir. Son nəticədə bizim həyatımızı xarakter, təcrübə və əlaqələr təyin edir, məktəb qiymətləri deyil.

Son xəbərlər
 ⁠
Digər xəbərlər