Bütün məsələ Amerikan etnosunun tarixi ilə bağlıdır. Bəzən tarixdə adı Tipp Hill adı ilə qeyd olunan və Nyu-Yorkun Tipperary Hill ərazisində quraşdırılan işıqfor ABŞ-da bu standartın dəyişməsinə səbəb olub. Bu yer – Nyu-Yorkun Sirakuza rayonunda yerləşir, burada İrlandiyadan olan immiqrantlar yaşayırdı. Burada 1925-ci ildə burda ilk işıqfor quraşdırılmışdı, hər yerdə olduğu kimi adi -qırmızı rəng yuxarıda, yaşıl isə aşağıda olan işıqfor. İlk baxışda hər şey olduqca aydın və anlaşılan təsir bağışlayır. Amma irlandlar belə bir işıq texnikasının quraşdırılmasının əleyhinə idilər. Axı niyə?
Olduqca sadə bir cavab vardı: immiqrasiya etmiş gənc irlandlar Britaniya qırmızısının, ənənəvi İrland yaşılından daha yüksəkdə dayanması ilə razı deyildi. Onlar dərhal işıqforu dağıdırlar.
İşıqfor təmir edilir, amma yenə də növbəti hücumun hədəfinə çevrilir. Buna görə də irlandlara hörmət əlaməti olaraq, növbəti təmir zamanı yaşıl rəng önə, yəni birinci sıraya qaldırılır.
Hər dəfə immiqrantlar İngiltərə standartlarına qarşı çıxanda, ABŞ hökuməti həmişə onların tərəfində dayanıb. Ona görə ABŞ-da yaşıl rənmgin qırmızıdan yuxarıda dayandığını görüncə təəccüblənməyin.