Moris Eving – iqtisadçı, məsləhətçi, Harvard Business Review-nun müəllifi.
İllərdir ki, ağıllı dostlarımın və tanışlarımın uzun müddət işsizlikdən əziyyət çəkmələrinə heyranam. Onların kifayət qədər təcrübəsi və bir neçə diplomu olsa da, çoxları əvvəlki iş yerindən ayrıldıqdan sonra özünə iş tapa bilmir.
Lakin bir dəfə “ağıllı insanların” (yəni yüksək idrak qabiliyyətinə sahib olan insanların) qərarları digər insanlardan pis qəbul etdikləri, bir çox hallarda intuisiyaya güvəndikləri haqqında bir məqalə oxudum. Nəticədə, onlar müqayisədə daha ciddi səhvlərə yol vermiş olurlar. Bundan əlavə, ağıllı insanlar bu cür qərəzləri özlərində deyil, başqalarında görməyə meyllidirlər. Bəlkə dostlarımın intellekti onlara peşəkar həyatda uğurlu olmağa mane olur? Mən onların CV və profayllarına daha yaxından nəzər yetirdim və belə bir şey aşkar etdim.
- Mənə elə gəlir ki, onlar iş axtarışında deyillər. Korporativ həyatın uzun illəri ərzində işəgötürənlərin və rekruterlərin insanları dar çərçivəyə salmağı sevdiyini anladım. CV-də və ya LinkedIn profaylınızda “maliyyə direktoru” kimi standart bir şey yazmısınızsa, bunu başa düşmək və rekrutinq sxeminə sığmaq çox asan olacaq. Və əksinə – “maliyyə sehrbazı” kimi qəribə vəzifələr mənfi reaksiyaya səbəb ola bilər. Sizin CV-niz nəzərdə qaçacaq və ya seçilməyəcək.
- Ağıllı insanların CV-ləri çox vaxt uzun və detallı olur. Yüksək intellektin mənfi cəhətlərindən biri qısa müddətdə fərqli fəaliyyətləri sığışdırmaq bacarığıdır. Ağıllı insanlar 10 illik təcrübəsi, 20 və 30 illik təcrübəyə malik olan namizədin CV ilə eyni görünə bilər. Problem bütün bunların təqdimatındadır: həyatın bütün təfərrüatlarını CV-də sadalasanız, işəgötürən informasiya çoxluğu səbəbindən ən vacib məqamları gözdən qaçıra bilər. Bundan əlavə, çox uzun CV-lər insanın sizi bir şeyə inandırmaq üçün çox səy göstərdiyi təəssüratı yaradır.
- Ağıllı insanlar təcrübələrini dar çərçivədən görürlər, özlərini düzgün qiymətləndirmirlər. Bəzən dostlarıma bu və ya digər vakant yer təklif edirəm və cavab olaraq eşidirəm: “Mən bu sahədə mütəxəssis deyiləm”. Belə məhdud və mühafizəkar yanaşma rahatlıq zonasında qalmaq, böyümək istəyinin olmamasından irəli gəlir. Əlbəttə ki, bu qeyri-peşəkarlıqdır. Əgər insan əlinə düşən fürsətləri rədd etsə, sonda çətin vəziyyətə düşmüş olacaqdır. Nəticə: iş tapmaq istəyirsinizsə, əvvəlki təcrübənizin rahatlığından imtina etməyə hazır olun, bacarıqlarınızın harada tətbiq oluna biləcəyinə baxın.
- Ağıllı insanlar özləri haqda nəticə kateqoriyaları çərçivəsindən danışmağı üstün tuturlar. Tanışlarımın çoxu çalışqan, inadlar insanlardı və onlar istəyirlər ki, onların yerinə nəticələri danışsın. Əlbəttə ki, işə düzəlməyin ən vacib elementlərindən biri namizədin nəyə qadir olduğunu bilməkdir, lakin bunu nümayiş etdirmək üçün siz müsahibə mərhələrindən keçməlisiniz. Buna görə, yüksək intellektli insan öz nailiyyətlərini, istedad və bacarıqlarını ifadə etməyi öyrənməlidir. Yalnız nəzəri biliklərə arxalanmaq olmaz.
- Ağıllı insanlar çox təvazökar olurlar. Tanıdığım ağıllı insanların bir çoxu çox utancaqdır və özünü ağıllı hesab etmir. Əksində, onlar hamı kimi, “normal” olduqlarına inanırlar. Zaman keçdikcə müqayisəli ölçüdə etdiklərinin (məsələn, axşamlar qədim yunan dastanlarını orijinal dildə oxumaq) qəribə görünə biləcəyini başa düşürlər. Bunun ikinci tərəfi odur ki, çox ağıllı insanlar bacarıq və təcrübələrini təsvir etdikdə daha çox nəyə diqqət etməli olduqlarını bilmirlər. Onlar həmçinin nailiyyətləri haqda danışmağı, rekruterlərin başa düşəcəyi açar sözlərdən istifadə etməyi bacarmırlar.
Başqa sözlə desək, iş axtaran ağıllı insanlar özlərini və fəzilətlərini təqdim etməkdə daha ağıllı olmalıdırlar.