2 C
Baku
Saturday, December 14, 2024

Nəyə görə bayram tətillərində iş axtarmaq lazımdır?

Bu məqalə hazırda özünə yeni iş yeri axtaran şəxslər üçün faydalı olacaqdır. Bir çox iş axtarışında olan şəxslər bayram günlərində bu prosesə fasilə verirlər. İlk baxışdan bu məntiqli addım kimi başa düşülə bilər.

Belə düşünürsünüzsə, qismən haqlısınız. Bir çox şirkətlər dekabr ayının sonunda və yanvar ayının əvvəlində yeni işçi axtarışını təxirə salırlar. Lakin qismən. Biznes öz fəaliyyətinə davam edir və “qaynar” vakansiyalar yaranmağa başlayır. Bu və aşağıdakı digər səbəblərə görə bayram tətili günlərində belə iş axtarmaq prosesinə nəyə görə davam etməli olduğunuzu anlayacaqsınız.

Rəqabətin enməsi:

Bir çox insanlar məhz sizin kimi düşündüyündən bayram günlərində iş axtarışı prosesində fasilə edirlər. Bu müddət yaranmış imkanlardan ilk olaraq istifadə etmək üçün çox əlverişlidir.

Biznes öz işini davam etdirir:

Heç də bütün biznes nümayəndələri bayram tətillərində özlərinə fasilə etmək şansını verə bilmir. Bununla əlaqədar olaraq, şirkətə yeni işçilərin cəlb edilməsi prosesi ilin fəsillərindən asılı olmayaraq davam edir. Dördüncü rübün bitməsinə yaxın isə şirkətlər işçi qəbulu prosesini sürətləndirir. Çünki şirkət tez bir zamanda başlanılmış və yarımçıq qalmış layihələri Yeni ilə qədər tamamlamaq istəyir.

Müxtəlif  tədbirlər:

Dostlarınızın sizi dəvət etdiyi müxtəlif şirkətlərin bayramla əlaqəli əyləncə gecələri sizin üçün əla fürsət ola bilər. Bu zaman faydalı işgüzar tanışlıqlar qura bilərsiniz. Buna görə də, bayram ərəfəsində dəvətlərə etiraz etməyin və şansınızı əldən verməyin.

Bayram münasibəti ilə təbrik etmək və özünüzü yada salmaq:

Yeni il ərəfəsi – öz köhnə tanışlarınızı və keçmiş rəhbərlərinizi təbrik etmək üçün əla imkandır. Təbrik prosesinə biraz da işgüzarlıq və professionallıq qatmaq üçün təbriki LinkedIn vasitəsilə etməyiniz daha məqsədəuyğundur.

Son xəbərlər
Digər xəbərlər