16 C
Baku
Tuesday, April 30, 2024

Nəyə görə “çay pulu” vermək lazımdır

“Çay pulu” – dünyanın hər yerinə çox geniş yayılmış bir anlayışdır. Azərbaycanda bunu məhz bu cür adlandırmır, sadəcə “hörmət etmək” ya “pulun qalığını özünüzə saxlayın”, ya  “xırda lazım deyil” kimi ifadələr ilə işlədə bilərlər. Bu pulu vermək heç də mütləq deyil, heç kəs sizi hesabda qeyd olunandan artıq pul verməyə məcbur edə bil məz. Amma yazılmamış qaydalar vardır ki, onlar xidmətə görə əmək personalının mükafatlandırılmasını nəzərdə tutur. Onun orta ölçüsü adətən xidmətin ümumi dəyərinin 10%-nə bərabər olur. Bu, bir növ ümumi qəbul olunmuş, beynəlxalq standartlardır.

Məsələn, Türkiyədə yük daşıyana xidmət haqqından əlavə bir dollar verirlər. Restoranda isə hesabın dəyərinin üzərinə 10% əlavə edirlər ki, bu da ofisianta çatır. Amma məsələn Türk hamamında masajçıya xidmət haqqına görə 20% əlavə pul ödəyirlər. ABŞ-da restoranlarda “çay pulu” sifarişin dəyərinin 10-15%-i arasında dəyişir. Bir də ki məbləğ adətən yuvarlaqlanır.

Məsələn əgər 10% “çay pulu” 35 dollar və 85 sent edirsə, onda adətən 36 dollar verilir. Otel nömrəsini də tərk edərkən adətən xadimələr üçün  bir dollar saxlamaq adəti yaranmışdır.

Italyan restoranlarında menyularda qeyd olunur ki, xidmət haqqı sifarişin qiymətinə daxil edilib, ya yox. Əgər daxildirsə, onda “çay pulu saxlamğa” gərək yoxdur. Əgər menyuda belə bir qeyd yoxdursa, onda ofisiantı sifarişin dəyərinin 10%-i həcmində pul məbləği ilə mükafatlandırmaq tələb olunur. Hamısından yaxşı Çexiyadır, bu ölkədə mükafatı yalnız keyfiyyətli xidmətə görə vermək adəti hökm sürür. Bundan əlavə təkcə  ofisiant və xadimələrə deyil, həm də bələdiçilərə peşəkar xidmətlərinə görə pul verilir.

Bəs aviasiyada vəziyyət nə yerdədir? Havada “çay pulu” vermək adəti qəbul olunmayıb. Təyyarə stüardessasının məcməyinə dollarlıq əskinazlar qoyulmur, nə ona deyilmir ki ümumi sifarişin 10%-nin nə qədər etdiyini hesablasın. Bütün bunlar uçuşların qiymətinin həddindən artıq bahalığı ilə izah olunur. çünki bu zaman, istənilən bir xidmətə görə haqq biletlərin ümumi qiymətinə daxil edilir, istər bu uçuşun, istər qidanın və ya içkinin  istər də istənilən bir gözlənilməz hal ilə bağlı yaranmış digər bir xidmətə görə ödəniləcək haqq olsun. Həm də bu tarixdən gələn bir adət ənənədir, təyyarələrin nə ekipaj üzvlərinə, nə də təyyarə bələdçilərinə “çay pulu” vermək qaydası yoxdur.

Amma dənizdə hər şey tamam başqa cürdür. Burada pul mükafatları dərin kökü olan, keçmişdən qalma bir ənənədir. Burada stüarda (bələdçi) adətən sutkada 2 dolar verirlər. Eyni dərəcədə məbləğ ilə ofisiantı və ya barmeni də mükafatlandırmaq olar. Amma heç də hər gün cibinizdən pul çıxarmaq məcburiyyətində deyilsiniz. Mükafatlanma mərasimini səyahətin sonuna da saxlaya bilərsiniz. Əksər dəniz laynerlərində belə bir qayda var ki, çıxarkən gəmi kayutasının çarpayısı üzərində bir pul zərfi saxlayırsan. Məhz bu zərfdə sənə səyahət boyu qulluq edən personal üçün vermək istədiyini zəhmət haqqı özünə yer tapır. Amma pulu şəxsən istədiyiniz ofisiantın və ya bələdçinin əlinə də verə bilərsiniz, bu artıq sizin seçiminizə bağlıdır.

Bəli hərdən elə sərnişinlər olur ki, öz pullarından ayrılmaq isətmir. Bir dəfə dəniz səyahətlərinin birində xidməti personal alman sərnişinlərinə baykot elan etmiş, digər tərəfdən isə ingilislərə qarşı münasibətlərini yaxşılaşdırmışdır. Kompaniyanın rəhbərliyi çox çətin duruma düşmüşdür. Bir tərəfdən alman sərnişinlər şikayət edir, digər tərəfdən ingilislər minnətdarlıq bildirirdi. Axırda ümumi, hamını razı salacaqkompromis variant tapmaq mümkün oldu. Alman sərnişinlərin ödəməli olduğu “çay pulu” kruiz  səfərinin ilkin qiymət paketinə daxil edildi.

“Çay pulu” -təkcə pulun əldən-ələ ötürülməsi deyil, onlar özündə müəyən psixoloji faktor daşıyır. Ofisianta və ya xadiməyə pul vermiş adam özünü bu yerin tam hüquqlu sahibi, ağası kimi hiss edir, bu zaman onun əhvalı yüksəlir və orqanizmin tonusu yaxşılaşır. Amma bu adi, normal psixikası olan adamlara aiddir. Xəsis və tamahkar insanlar  tamamı ilə “çay pulunun” əleyhinədirlər. Xidmət personalı belə xarakterik təzahürləri çox yaxşı hiss edilər. Əlbəttə ki, bu zaman servisin keyfiyyəti də aşağı düşür, gəlin almanlarla bağlı məsələni yada salaq.

Xidmət sahələrindəki əlavə mükafatları bəzi iqitsadçılar əməkhaqqıların çox aşağı olması ilə izah edilər. Amma yüksək əməkhaqqı alan xadimənin və ya ofisiantın çay pulu almaqdan imtina edəcəyi də ağlabatan və inandırıcı görünmür. Necə deyirlər, pul heç vaxt artıqlıq eləmir. Ona görə də nəzərdə tutlduğunda artıq ödəməyin sadəcə tarixin inkişafı nəticəsində yaranmış bir adət-ənənə olduğunu güman etmək daha düzgün olardı.

Restoran ziyarətçiləri və ya ya otel sakinləri öz heysiyyətlərini bunun vasitəsi ilə sakitləşdirir və servisin keyfiyyətinə münasibət bildirirlər. Axı pis xidmətə görə heç kəs əlavə pul vermək istəməyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər