2 C
Baku
Saturday, December 14, 2024

Nəyə görə daşınmaz əmlaka sərmayə yatırmaq sərfəlidir?

Hazırda sürətlə inkişaf edən bazarlardan biri də daşınmaz əmlak bazarıdır. Gündən-günə daşınmaz əmlak nümunələrinin qiymət artır və bu sahəyə pul yatırmaqla böyük gəlir əldə etmək şanslarınız böyükdür. Bazar durğun olduğu halda gəliriniz artmasa belə, vəsait itirməyəcəksiniz. Daşınmaz əmlak nümunələrindən gəlir qazanmağın yolu ilkin mərhələdə yeni mənzillərə və yaxud tikilməkdə olan evlərə, daha sonradan isə belə desək “ikinci əl” mənzillərə sərmayə etməyiniz məsləhətdir.

Həmçinin yaddan çıxarmaq lazım deyil ki, hələ ki, hadisələrin sizin xeyinə dəyişəcəyini gözləyirsinizsə öz yaşadığınız mənzildən bu məqsədlə istifadə edə bilərsiniz. Belə ki, evin bir hissəsində özünüz yaşayıb, digər hissəsini kirayə verə bilərsiniz.

Bəs daşınmaz əmlaka sərmayə yatırmaq istəyib, kifayət qədər vəsaitə sahib olmadıqda nə etmək olar?

Burada isə sizin köməyinizə ipoteka krediti gələ bilər. İpoteka kreditləşməsi əldə edilən mənzilin özünün girov qoyulması ilə mənzil əldə etməyə imkan verir. Bununla yanaşı, çatışmayan məbləğdən sözügedən sxem üzrə hansı səmərəli formada istifadə edəcəyiniz asılıdır. Ola bilsin, şəhərin mərkəzində yerləşən 4 otaqlı mənzil üçün borc quyusuna atılmaq lazım deyil. Bunun əvəzində daha səmərəli variant ilə kifayətlənmək və kredit üzrə xərcləri maksimum şəkildə optimallaşdırmaq lazımdır. Təbii ki, şəhərin mərkəzində mənzillərin baha olduğu hər kəsə aydındır.

Bir cəhəti nəzərinizə çatdırmaq istərdik ki, daşınmaz əmlak ilə bağlı hər hansı əməliyyat icra edərkən bütün sənədlərin qaydasında olduğuna əmin olun. Bundan əlavə, əldə edəcəyiniz və yaxud sərmayə yatıracağınız daşınmaz əmlak nümunəsinin sahib şəxsi və yaxud sahib şirkəti haqqında ətraflı məlumat əldə etməyə çalışın. Belə ki, heç kəs digər sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da risklərdən sığortalanmayıb.

Son xəbərlər
Digər xəbərlər