14 C
Baku
Saturday, April 27, 2024

Nəyə görə deyingən insanlarla işləmək olmaz?

Adətən korporativ deyingənlər keçirilən bütün görüş və iclaslarda ya susurlar, ya da sakitcə başları ilə “hə” cavabını verirlər. 

Gecə yarısı HR menecerini və ya rəhbərini oyat və soruş: iş mühitində səni daha çox kimlər qıcıqlandırır? O, dəqiq olaraq belə cavab verəcək: “Deyingən insanlar, hansılar ki daima işindən və ya ətrafdakı insanlardan şikayət edərək, bütün problemlərində onları günahlandırırlar”. Doğrudur, deyingən insanlar müvəffəqiyyətli və məhsuldar insanlarda qıcıq i oyadırlar. Deyingənlik distruktivdir və enerji tutumludur. O, yeni işçilərin şirkətin işinə adaptasiya olmasına maneə olur. 

Bu haqda daha dərin düşünək. Deyingən insanların heç də hamısı eyni deyil. Əgər onlara ünsiyyət qurmağa çalışsanız, bu cür davranışın bir sıra maraqlı səbəblərini eşidə bilərsiniz. 

Deyingən insanların növləri

Məsuliyyətli 

Belə işçi adətən çalışqan, peşəkar və öz işinə məsuliyyətlə yanaşan biri olur. Çox vaxt “yox” cavabını verə bilmir, öz fikrini aydın ifadə etməyi bacarmır. Tez-tez “dünyanın xilaskarı” rolunda çıxış edir. Məsuliyyətli deyingənlər iclasdan sonra əhatədə olan axmaq insanlardan şikayət etməyə başlayırlar.

Məsuliyyətli  deyingən insanların tez-tez istifadə etdikləri ifadələr:

  • Mən daha belə bacarmıram
  • Mən hər şeyə görə cavabdehəm
  • Məndən başqa bu işi heç kim görə bilməz
  • Niyə mən onların işini görməliyəm
  • İşə ən birinci gələn də mənəm, işdən ən gec çıxan da mənəm

Rəhbərə məsləhət: Əgər yaxşı işçi deyinməyə başlayıbsa, vaxt tapıb onun problemlərini müzakirə etməyiniz tövsiyə olunur. Bu cür davranışın əsası olmadığı halda isə daha sərt tədbirlərə keçməyiniz məqsədəuyğundur. 

Yetərincə tərif almayan deyingən

Bu tip insanlar çox vaxt emosional şəkildə deyinirlər. Adətən şikayətlərin səbəbi məlum olmur. Yetərincə tərif almayan insanlar, digər insanların rəğbətini və emosional dəstəyini tapmağa çalışırlar. Onların söylədikləri ifadələrdə eqoizm notları müşahidə olunur və daxili partlayışla möhkəmlənir: “Mənə diqqət ayırın”. Bu insanlar tərif axtarırlar. Onlar daha çox diqqət almaq istəyirlər. 

Yetərincə tərif almayan deyingən insanların ifadələri:

  • Mən onlar üçün hər şey edirəm, onlar isə…
  • Onlara hər şey, mənə isə heç nə
  • Mən filan kəsdən yüz dəfə çox iş görürəm
  • Heç kəs görmür, heç kəs bilmir, heç kəs başa düşmür ki, mən …

Rəhbərlərə məsləhət: onlarla ünsiyyətdə “Mən görürəm ki, sən çox işləyirsən”, “Mən sənin zəhmətinə dəyər verirəm”, “Şirkətimizə verdiyin töhfəyə görə sənə minnətdaram” kimi ifadələrdən istifadə edin. 

Sülhməramlı deyingən

Bu kateqoriya haqda daha ətraflı danışaq. Sülhməramlı deyingən adətən yüksək səviyyəli korporativ deyingənlik nümayiş etdirir. Bir qayda olaraq, onlar təcrübəli və peşəkar ekspertlər sırasına daxildirlər. Belə işçilər həqiqətən də konservativ və hiyləgərdirlər. 

Bu insanlar hər zaman iş başındadırlar, öhdəliklərini çox yaxşı planlaya bilirlər, çünki idarə etməyi olduqca yaxşı bacarırlar. Fəaliyyətlərində loyallıq (rəhbərliyə sadiq olurlar), ekspertlik (hər şeyi daha dərindən bilirlər), müəlliflik bacarıqları (fikrini yerli olaraq ifadə etməyi bacarırlar) müşahidə olunur.

Sülhməramlı deyingən 24/7 oyunda olur. O, yeni işçilərlə ünsiyyətdə “Bu şirkətdə heç bir şeyi dəyişmək mümkün deyil. Bilirsiniz niyə? Gəlin sizə bir şey danışım” kimi ifadələrdən  istifadə edərək, şirkətə böyük zərər vermiş olur. 

Belə davranışın arxasında nə dayana bilər? Çox vaxt bu işçilər istəyirlər ki, digər insanlar onları qəbul etsinlər. Onlar düşünürlər ki, daha yüksək vəzifəyə layiqdirlər və əməkdaşların vəzifə yüksəlişinə sakit reaksiya verə bilmirlər. Digər insanın hansı nailiyyətinə görə imtiyaz qazandığının məntiqini axtarıb tapmağa çalışırlar. “Düşmənlərini” tapan deyingən mübarizə aparmağa başlayır. O, əla işçi olduğunu düşünür. 

Sülhməramlı deyingənin daxili motivasiyası xoşməramlı məqsədlər üzərində qurulur. Əgər bu tip işçiyə digər bir sahədə rəhbər olmağı və ya daha məsuliyyətli vəzifədə çalışmağı təklif etsəniz, “yox” cavabını alacaqsınız. Onlara belə suallar verin: “Mən sizin narazılıqdan xəbərdar oldum. Hal-hazırda, hansı işlərə görə üzərinizə məsuliyyət götürməyə hazırsınız?”, “Niyə bu məqsədi güdürsünüz?”, “Kimin qarşısında üzərinizə məsuliyyət götürməyə hazırsınız?”. 

Bəzən deyingənlik başqa səbəblərdən də yarana bilər –  məsələn, işçinin yorğunluğundan. Burada “inersiya” sözündən istifadə etmək yerinə düşərdi. Əgər  işçi illərlə eyni şirkətdə və eyni vəzifədə işləyirsə, onun deyingən olması tamamilə normaldır. 

Deyingən işçilərə tövsiyəm: şəxsi identiklik məsələsini həll edin, özünüzə qarşı dürüst olmağı bacarın və özünüzə bu kimi sualları verin: “Niyə deyindim? Narazılığımın səbəbi nədir?”, “Daha effektiv işləmək üçün nə edə bilərəm?”, “Hansı hallarda davranışım mənfi nəticələrə gətirib çıxara bilər?”.

Deyingənin öz təxəyyülündə canlandırmış döyüşdə göstərdiyi qəhrəmanlıq çox vaxt məğlubiyyət ilə nəticələnir. Deyingənlik insanın bir işçi kimi nüfuzuna böyük zərər vurur, buna görə mübarizəni bitirməyiniz daha məqsədəuyğundur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər