15 C
Baku
Saturday, October 5, 2024

Nəyə görə Küveytdə yaşamaq yaxşıdır?

Küveyt dünyanın ən zəngin ölkələrindən biridir. Böyük neft ehtiyatları bu ölkənin vətəndaşlarının özlərinə heç bir məhrumiyyət vermədən yaşamağa imkan verir. Burada pulları xərcləmək üçün xüsusi bir yer də yoxdur.. (Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi: 17,819 km²-dir. Ərazisinin çox hissəsi yaylalardır. Ərazisi qərbdən şərqə doğru alçaqlaşır və Fars körfəzi sahilində düzənliyə çevrilir. Küveytdə su ehtiyatları olduqca azdır və dəniz suyunun saflaşdırılması üçün zavod tikilib.

Ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Məhz neftin sayəsində iqtisadiyyatı sürətlə inkişaf etmiş İEÖ (İnkişaf Etmiş Ölkələr)-lə bir səviyyəyə çatmışdır. Adambaşına düşən gəlir yüksəkdir (21300 ABŞ dolları). Ölçülərinə görə Küveyt elə də böyük deyil, əhalisinin miqdarı 3,5 milyon nəfərdir, cəmi 1 milyon nəfərsə həqiqətən Küveyt vətəndaşı hesab olunur. Məhz bu “qızıl milyonluğun” arasında da elə neft gəlirləri bölüşdürülür.

Məsələn:

1. Nikah mərasimi ilə bağlı gənc ailə dövlətdən 250 000$ (digər məlumatlara görə 15 000$ dollar həmində) hədiyyə alır.

2. Müəllim və ya həkimin aylıq əməkhaqqısı 15 000$ dollardır, qeyd etmək lazımdır ki, yerlilər burada adi həkim kimi işləmir, yalnız aparıcı vəzifələrdə təmsil olunur.

3. Yerli sakinlər üçün torpaq qəpik-quruşadır. 250 000$ dollar həcmində ipoteka kreditini 0% ilə götürmək mümkündür. Çox güman ki, 5-10 ildən sonra kreditinin qalan yarısını sizə bağışlayacaqlar.

4. Təhsil və səhiyyə pulsuzdur.

5. Əgər siz ölkə xaricində oxumaq istəsəniz, dövlət sizin təyyarə xərclərinizi və təhsil haqqınızı ödəyəcək, hələ bununla yanaşı sizə 2000$ dollar həcmində təqaüd də ayıracaq.

6. Əgər Küveyt sakini xəstələnərsə və onu vətəndə müalicə etmək mümkün olmazsa ondan dövlət onun istənilən bir ölkədə müalicə xərclərini, həmçinin onu müşayiət edən qohumların da xərclərini qarşılamağı öz öhdəsinə götürür.

7. Uşaqlara görə müavinət haqqı 200 dollar təşkil edir, bu təqaüd uşaqlar 26 ( iyirmi altı) yaşına çatana qədər ödənir.

8. Boşanmış xanıma ödənilən müavinətin miqdar ayda 1400$ təşkil edir, xanım iş tapana qədər bu məbləği almağa davam edir.

9. Minimal pensiya – 3000$ dollardır.

10. 2007-ci ildə dövlət vətəndaşlara 1 milyard dollar həcmində kredit borclarını bağışlayıb.

11. Bəzən pullar sadəcə paylanılır, məsələn müstəqilliyin 50 illiyi münasibəti ilə hərəyə 3500$ dollar verilmişdi.

12. Ötən il bütün arzu edən şəxslər ilkin tələbat və istehlak mallarını bir il müddəti ilə tamamı ilə pulsuz əldə edə bilərdi (düyü, yağ, toyuq əti və s.)

13. Hər il elmi dərəcələrə görə verilən əlavə müavinətlər: magistr – 700$, doktor – 1400$

14. Staja görə müəllimlərə ödənilən bir dəfəlik müavinətlərin haqq -18 aylıq əməkhaqqıya bərabərdir. Qadınlara bu müavinət 25 il fasiləsi, kişilərə isə 30 il fasiləsiz əmək fəaliyyətinə görə ödənilir.

15. Bonusların sayı hesabı ümumiyyətlə yoxdur, orta hesabla hər küveytli əməkhaqqısına bonus şəklində 50% əlavə əldə edir.

Bütün bu bonuslar yalnız Küveyt vətəndaşlarına şamil edilir. Əhalinin 70%-i isə bu “qızıl milyon”-a xidmət göstərən hüquqsuz miqrantlardır. Vətəndaşlıq almaq praktiki olaraq mümkün deyil.

Küveyt neftdə üzən növbəti bir ölkədir. Burada maraqlı heç nə yoxdur, nə tarix, nə xüsusi mədəniyyət, nə də qeyri-adi ənənə. Küveyt səhranın ortasında yerləşən – iri ticarət mərkəzidir. Burada tox və tənbəl küveytlilər gəzib dolaşır, onların hər birinə isə 2 əcnəbi vətəndaş xidmət göstərir.
Əhalinin 3,5 milyon olmasına baxmayaraq, yerli küveytlilərin sayı cəmi 1 milyon nəfərdir. Bu insanlar praktiki olaraq işləmirlər. 80% küveytli dövlət qulluqçu vəzifəsində yer alıb, digərləri isə böyük pullar müqabilində kommersiya kompaniyalarında işləyirlər. Bu proses isə belə baş verir:

Qanuna əsasən Küveytdə fəaliyyət göstərən bütün əcnəbi kompaniyalar işçilərin tərkibində müəyyən faiz yerli əhalidən olan heyətə malik olmalıdır (eyni situasiya Səudiyyə Ərəbistanında, Omanda və Bəhreyndə qeydə alınır). Onlar kifayət qədər sanballı əməkhaqqı almalıdırlar.

Görün, mütəxəssislər nə yazır:

«Həmkarların şəxsi təcrübəsindən bir əhvalat. Küveytlinin birini zavoda işçi kimi götürürük. Ona 10 min dollar əməkhaqqı vermək lazım gəlir, həmçinin onun vəzifəsinə bir –iki hindlini də götürürük, amma çox cüzi bir məvacibə. Bu küveytli ümumiyyətlə işə gəlmir, lakin onu işdən çıxarmaq mümkün deyil.

Bu azmış kimi, hərdən administrasiyaya lazım olur ki, o bir iki sənədə qol çəksin, ona evə zəng edir və xahiş edirlər ki, işə təşrif buyurub sənədləri imzalasın, o isə cavab verir ki, “sizə lazımdırsa, siz də gəlin”. Belə də olur, əməkdaşları bütün günü yeyib-yatan, piy bağlamış, savadsız bir küveytli qarşılayır, o heç yazmağı da bacarmır, imza əvəzinə kağıza bir işarə atır. Həmkarlarımız deyir ki, küveytlilərin elə böyük əksəriyyəti –tənbəl piyli insanlardır, onların sadəcə bəxti gətirib ki, Küveytdə doğulublar»

Son xəbərlər
Digər xəbərlər