Yəqin ki, bizlərdən bir çoxumuz iş müsahibələri zamanı oxşar sual ilə qarşılaşmışıq. Bu sualın qeyri-professionallıq əlaməti olduğunu düşünə bilərsiniz, lakin əslində standart suallara verdiyiniz cavablar xarakter və motivasiyanız haqqında siz təxmin etdiyinizdən daha artıq məlumat verə bilər.
Bu səbəbdən də iş müsahibəsinə, xüsusən də “Nəyə görə məhz bizim şirkətdə işləmək istədirdiniz?” sualına əvvəlcədən hazırlaşın. Bu suala verilmiş yaxşı cavab olmayan təcrübə və yaxud biliyinizi kompensasiya edə bilər.
Bir çox potensial namizədlər bu suala cavab verərkən yalnız öz məqsəd və maraqlarını dilə gətirirlər. Belə olduqda isə məzmundan tamamilə uzaq söhbət alınır. Məsələyə bu prizmadan yanaşın: siz öz təcrübə və biliklərinizi istənilən şirkətdə tətbiq edə bilərsiniz. Sirr ondadır ki, bu zaman siz rəhbər şəxsə nəyə görə karyeranızı məhz onun şirkətində qurmaq istədiyinizi izah etməkdir.
Bir şeyi unutmayın ki, hər nə olursa düzünü deyin. Müsahibədə yalan danışmaq nəyə gərəkdir?! Öz təcrübənizlə bağlı şişirdiyiniz istənilən məlumat istəməsəniz belə təcrübə müddətində özünü açıq şəkildə biruzə verəcək. Bu səbəbdən də, hər bir halda dürüst olun!