15 C
Baku
Friday, March 29, 2024

Nəyə görə sığorta şirkətlərindən YOX cavabı alırıq?

Müəllif: Ramin Məmmədov , Bakı Sığorta, sədr müavini

Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta QAYDALARI nın 22-ci bəndinə əsasən sığorta şirkəti , əgər  bütün lazımi sənədləri təqdim etmisinizsə, son tələb edilən sənədi təqdim etdikdən sonra 7 iş günü ərzində  Sizə sığorta ödənişini ödəməli və ya rəsmi şəkildə ödənişi verməkdən imtina etməlidir. 

Rəsmi şəkildə imtina o deməkdir ki, sğorta şirkəti Sizə əsaslandırılmış imtina məktubu verir (imza və möhürlə təsdiqlənmiş). Bu sənədi şirkətdən tələb etməyiniz çox vacibdir. Çünki, bəzi hallarda şirkətlər könüllü olaraq bu sənədi təqdim etmirlər. Rəsmi imtina sənədi gələcəkdə şirkətə qarşı hər hansı iddianın qaldırılması üçün əsas kimi götürülə bilər. Rəsmi imtina sənədi şirkəti prosesə daha ciddi yanaşmağa məcbur edəcəkdir.

İndi isə daha başa düşülən dildə, sığorta şirkətlərinin sığorta ödənişləri etməmələrinin əsas səbələrini sadalayaq:

1.    Baş vermiş hadisə sığorta təminatına aid deyil. Təminatlar Sizə təqdim edilən sənədlərdə aydın şəkildə yazılır. Konkret olduğu üçün bu  səbəbləri başa düşmək daha asandır.  

Məsləhət: Müqavilədə göstərilən xüsusi və konkret şərtləri mütləq oxuyun. Nədən sığortalı olmadığınızı əzbər yadda saxlayın. 

2. Sığorta şirkətinin hadisəni tam araşdırmaq imkanı yoxdur. Yəni, hadisə barədə izlər, sənədlər, görüntülər, zərərin məbləği və sair kimi məlumatlar yetərli deyil. Hadisə sığorta hadisəsidir yoxsa yox bilinmir, zərərin məbləği aydın şəkildə hesablana bilmir.

Misal:

a)Hadisə baş verib. Sığortalı bu barədə şirkətə gec məlumat verib. Hadisə DYP tərəfindən qeydə alınmayıb. Heç bir foto və ya video subut mövcud deyil. Bu zaman şirkət hadisəni araşdıra bilmir və ödənişdən imtina edir.

b)Hadisə baş verib, DYP qeydə alıb, şəkillər və video fakt mövcud deyil. Siz sığorta şirkətinə məlumat vermədən avtomobilinizi özünüz təmir edirsiniz. Sonra bu barədə sığorta şirkətinə müraciət edirsiniz. Bu zaman sığorta şirkəti dəymiş zərəri qiymətləndirə bilmir və ödəniş etməkdən imtina edir.  

Məsləhət: Hadisə baş verən kimi sığorta şirkətinə məlumat verin. Hadisənin araşdırılması üçün ekspertə mümkün qədər yardım etməyə çalışın. Bütün suallara düzgün cavab verin.Eksperti aldatmağa çalışmayın.Yaranmış çübhələr prosesi uzadır. 

3.  Siz avtomobilinizə dəymiş zərəri günahkar tərəfdən almısınız. Bu zaman sığorta şirkətinə bu barədə könüllü olaraq məlumat verməyiniz ən doğru seçimdir. Şirkəti aldatmağa çalışsanız məhkəmə problemləriniz yarana bilər. Yəni, avtomobilinizə dəymiş zərəri günahkar tərəf ödəyirsə, Siz sığorta şirkətinə ödənişi almaqla bağlı müraciət etməməlisiniz.

Məsləhət: Sizə zərər vuran tərəf avtomobili özü təmir edirsə və ya zərərin məbləğini Sizə ödəyirsə, sığotra şirkətinə ödəniş almaqla bağlı müraciət etməyin. Riskdən qaçmaq üçün hadisə yerinə qəza komissiarını çağırmağınız məsləhətdir. Çünki, sonradan qarşı tərəf zərəri qarşılamaqdan  imtina edə bilər. Əgər razlıq varsa bu barədə sığorta şirkətinə məlumat verin. Siz şirkətin “yaxşı müştəri” si olacaqsınız.    

4.  Hadisə baş verəndə içkili olmadığınıza dair arayışı həmin gün deyil, bir neçə gün sonra təqdim edirsiniz. Bu halda Siz sığorta ekspertində avomobilli idarə edərkən içkili olduğunza dair şübhələr yaradırsınız. Əgər içkili halda idarəetmə təminatlara daxil deyilsə bu məsələyə diqqə edin.

Məsləhət: İçkili olmadığınız dair arayışı hadisə günü almağa çalışın.

5. Hadisə baş verən zaman avtomobili sığorta müqaviləsində adı olmayan şəxs idarə edib.   Avtomobilinizi sığorta müqaviləsində adı olmayan şəxs idarə edirsə, bu müddət ərzində avtomobiliniz sığortalı hesab edilmir. Hadisə baş verərsə və fakt aşkarlanarsa sığorta şirkəti ödəniş verməkdən imtina edəcəkdir. Bəzi müqavilələrdə avtomobili idarə edən hər bir sürücü avtomatik sığortalanan hesab edilir. Bu müqavilə şərtləri ilə müəyyən edilə bilər. Əgər belə bir ehtiyacınız varsa şirkətə bu istəyinizi bildirə bilərsiniz. Razılıq əldə edilməsə bu riski nəzərə alımalısınız.

Məsləhət: Avtomobilinizi başqa şəxslərə etibar etməyin. Edirsinizsə, həmin şəxsin adını sığorta şirkətinə müraciət edərək müqaviləyə rəsmi formada əlavə etdirin. Avtomobilinizi sığorta müqaviləsində adı olmayan şəxslərin idarə etməsinə izin verməyin. 

 Mövzu davam edəcək…

Son xəbərlər
Digər xəbərlər