15 C
Baku
Saturday, April 20, 2024

Nəyə görə Sizi işə götürməlidirlər

İş axtardığınız zaman sizi işə götürəndən nə istədiyinizi dəqiq bilirsiniz? Yüksək əmək haqqı, yaxşı kollektivdə çalışmaq, maraqlı öhdəliklər? 

Lakin, siz heç fikirləşmisiniz ki, işə götürən namizədlərdən nə tələb edir?

Əmək bazarında yüksək rəqabət zamanı işə götürənlərin namizədlərdən nələr tələb etdiyini bilmək  çox vacibdir. Əgər siz işə götürənin nələr tələb etdiyini dəqiq müəyyən etməsəniz, özünüzü yaxşı şəkildə təqdim edə bilməyəcəksiniz.

Biz sizə bu məqalədə məsuliyyət, yaradıcılıq və digər standart keyfiyyətlərdən savayı şirkətlərin özlərinə işçi seçmələrinə səbəb olan 6 ən vacib xüsusiyyətləri təqdim edəcəyik.

1. Uzun müddətli potensial

Sizin yaxşı şirkətdə uzun müddət çalışmaq istədiyiniz kimi, şirkət də yaxşı əməkdaşların orada uzun müddət işləmələrini istəyir. Şirkətlərə onlarla bir yerdə yüksələn və bütün nüanslara bələd olan işçilər sərf edir.

Məsləhət: İşə götürənə uzun müddətli əməkdaşlığa kökləndiyinizi,daimiliyi sevdiyinizi bildirin. Mümkündürsə, bir misal gətirin.

2. Həmkarlarla əməkdaşlıq etmək bacarığı

Biz işdə çox vaxt və güc sərf edirik. Lakin kollektivdə çalışa bilməyən insanlarla işləsək, daha çox vaxt və güc sərf etmiş olacağıq. Bütün suallar və problemlər anlayışlı, dostsevən insanlarla çalışdıqda daha tez həll olunurlar.

Məsləhət: İşə götürənə hər hansısa bir mövzuda həmkarlarınıza necə kömək etdiyinizi danışın. Kömək etdiyiniz məsələ sizin öhdəliyinizə aid olmasa belə. Müsahibədə özünüzü yaxşı və kömək sevən biri kimi təqdim etməyə çalışın.

3. Pul qazanmaq bacarığı

İstənilən biznesin məqsədi mənfəət əldə etməkdir. Buna görə istənilən şirkətə pul qazanmağı bacaran insanlar lazımdır.

Məsləhət: Bütün işçilər kəmiyyət göstəriciləri sevirlər. Onlar işçiləri daha yaxşı xarakterizə edirlər. Məhz müəyyən faktların və rəqəmlərin sayəsində siz işinizin məhsuldarlığını sübüt edə bilərsiniz.

4. Diqqət cəlb edən tərcümeyi halınız

Tərcümeyi hal sizin vizit kartınızdır. Bunun sayəsində işə götürənlər sizi müsahibəyə ya çağırırlar, ya da çağırmırlar. Tərcümeyi hal həmçinin ilk təəssuratdır. İlk təəssurat isə çox vacibdir. Buna görə sizin tərcümeyi halınız maksimal dərəcədə yaxşı tərtib olunmalıdı.

Məsləhət: Bir neçə dostunuza öz tərcümeyi –halınızı nəzərdən keçirməyə verin. Tərcümeyi- halı necə tərtib etmək olar haqqından məqalələri və saytları araşdırın. Bu həqiqətən də çox vacibdir.

5. Müəyyən iş təcrübəsi

Şirkətlərə ən çox vakansiya olan vəzifələrə uyğun təcrübələri olan əməkdaşlar lazımdır. Bu o demək deyil ki, əgər sizin müəyyən vəzifəyə uyğun təcrübəniz yoxdursa, deməli siz işə qəbul olmayacaqsınız. Lakin işə götürənlər, ilk növbədə, müəyyən vəzifədə, sahədə təcrübələri olan namizədlərə diqqət yetirəcəklər.

Məsləhət: Öz təcrübənizi düzgün və ətraflı şəkildə təsvir edin. Vakansiya olan vəzifəyə aidiyyatı olmayan nailiyyətləri sadalamasanız da olar. Həmçinin sizə öncəki iş yerinizdən tövsiyə məktubu da kömək ola bilər.

6. Yaranmış vəziyyətdən çıxış yolu tapmaq bacarığı

Biznes şahmat lövhəsi kimidir. Onun üzərində fiqurlar daim yerlərini dəyişirlər. Oyunun qaydasında getdiyini sandığınız anda kimsə bir gediş edəcək və iqtisadiyyatda dəyişikliklər baş verəcək, yeni rəqiblər yaranacaq və s. hər şeyə hazır olmaq mümkün deyil. Lakin yaranmış vəziyyətdən operativ olaraq çıxış yolu tapmaq olar. Həll və çıxış yolu tapa bilən əməkdaşlar hər zaman yüksək qiymətləndilirlər.

Məsləhət: Siz bu bacarıqarlara dərsliklərdən yiyələnə bilməzsiniz. Buna görə uğurlu sahibkarların bioqrafiyalarını, biznes aid məqalələri araşdırın. Daha çox oxuyun.

Son xəbərlər
Digər xəbərlər