13 C
Baku
Friday, April 26, 2024

Nəyə görə Sumqayıt dünyanın ən təhlükəli şəhərləri siyahısındadır?

Dünyada çoxlu sayda çox gözəl və maraqlı yerlər var ki, bir çoxumuz həmin yerləri ziyarət etmək istəyərik. Lakin elə yerlər də var ki, ümumiyyətlə ora getmək sözün əsl mənasında həyatınız üçün təhlükəlidir. Blacksmith Institute – Amerika Ekoloji Fondu bu sıradan olan ilk 10 yerin adını açıqladı. Məsələ burasıdır ki, siyahıda 2-ci yeri məhz Sumqayıt tutur. Sumqayıt haqqında yazılanlar isə aşağıdakı kimidir:

“Sumqayıt – Postsovet məkanının kimya sənayesinin mərkəzidir. Bu günə ağır metallar, neft tullantıları, neft və digər kimyəvi maddələrə yoluxmuş 275,000-dən artıq adam yaşıyır. Uşaqlar burda əqli inkişafın ləngiməsi və sümük xəstəliyi kimi genetik pozğunluqlar ilə doğulur.”

Burdakı əsas məqam Sumqayıtın bircə Çernobıl, Ukraynadan geri qalmasıdır. Qeyd edək ki, daha çox gənclər şəhəri adı ilə tanınan Sumqayıt şəhəri kimyavi maddələrlə çirklənmə səviyyəsinə görə vaxtı ilə fərqlənmişdir. Bunun əsas səbəblərindən biri də SSRİ dövrüdə zavodların qeyri səmərəli istismarı, dünya standartlarına cavab verməyən texnologiyalardan istifadə, zərərli maddələrin təmizlənmədən təbiətə buraxılması olmuşdur.

SSRİ-nin dağılmasından sonra həmin zavodlarda fəaliyyət dayandırıldı. Bu hadisə kütləvi işsizliyə səbəb olmasına baxmayaraq şəhərin ekoloji mühitinə müsbət təsir göstərdi. Hazırda Sumqayıtda yaşıllaşdırılma işinə xüsusi fikir verilir və eyni zamanda fəaliyyət olan zavodların əksəriyyəti alman texnologiyalarını tətbiq edir.

1. Çernobıl, Ukrayna

cernobl1

2. Sumqayıt, Azərbaycan

sumgait2

3. Vapi, Hindistan

vapi3

4. Tyanzhin, Çin

tyanjuin4

5. Sukinda, Hindistan

sikunda5

6. Norilsk, Rusiya

norilsk6

7. Linfen, Çin

linfin7

8. La Oroya, Peru

laoraya8

9. Kabve, Zambiya

kabve9

10. Dzerzhinsk, Rusiya

dzeyrijsk10

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər