- Onlar bu və ya digər məsələni həll etmək üçün daha sadə və effektiv yol axtarıb tapırlar
Microsoft şirkətinin qurucusu Bill Gates deyib: “Mən bu və ya digər işi yerinə yetirməyi adətən tənbəl insana tapşırıram, çünki tənbəl insanlar qarşıya qoyulan vəzifənin ən asan yollarını axtarıb tapırlar. Düzdür, tənbəl işçi layihəni mümkün qədər tez və qüsursuz tamamlamağın üsulunu axtaracaq ki, yenidən bu işə qayıtmaq məcburiyyətində olmasın.
- Onlar əla təşkilatçıdırlar
Tənbəl insan monoton işi mənasız hesab edir, buna görə də bütün prosesi avtomatlaşdırmağa çalışır. Belə ixtiraçıların sayəsində süpürgəni tozsoran əvəz etdi, daha sonra isə robot-tozsoran.
- Onlar yeni texnologiyalardan istifadə edirlər
Əslində, prosesləri optimallaşdırmaq üçün yeni bir şeyi ixtira etməyə ehtiyac yoxdur, siz hazır texnologiyalardan da istifadə edə bilərsiniz. Adətən tənbəl insanlar yeni texnologiyalardan xəbərdar olurlar, çünki daim işini asanlaşdırmağa çalışırlar.
- 4. Onlar prioritetləri düzgün müəyyən edirlər
Nəyisə etməmişdən əvvəl tənbəl insanlar özlərinə sual verirlər: “Niyə bunu etməliyəm?”. Sualın düzgün qoyuluşu çox da böyük əhəmiyyət kəsb etməyən şeylərə zaman və güc sərf etməmək imkanını verir.
İyirminci əsrin əvvəllərində italyan iqtisadçı Vilfredo Pareto 80/20 qanunu formalaşdırdı: səylərin 20%-i uğurun 80%-ni müəyyən edir. Müvafiq olaraq, səylərin 80%-i uğurun cəmi 20%-ni təşkil edəcək.
- Onlar istirahət etməyi bacarırlar
Tənbəl insanın zəhməti marafona deyil, qısamüddətli fasiləli sprintə bənzəyir. İlkin mərhələdə o çox əziyyət çəkir, sonra isə rahatlaşır. Nəticədə tənbəl insan həm az yorulur, həm də istədiyi nəticə əldə edir.
- Onlar riskləri görməyi bacarırlar
İşləri daha effektiv yerinə yetirmək üçün, bu sistemin pozula biləcəyi yerdə özünü sığortalamaq lazımdır. Tənbəl insan bütün riskləri qabaqcadan görür və onların qarşısını almaq üçün əlindən gələn edir.
- Onlar yaxşı liderlərdir
Tənbəl insan işləri çevik və effektiv şəkildə yerinə yetirir, o əsas öhdəlikləri layihə üzərində işləyənlər arasında düzgün paylayır.
- Onlar ağıllıdırlar
Əgər insan kifayət qədər ağıllı deyilsə, o özünə tənbəl olmağa imkan verə bilməz. Təbii ki, söhbət zəngin valideynlərin övladlarından getmirsə.
Ofisdə siz bütün işləri vaxtında yerinə yetirə biləcəyinizdən əmin olmalısınız, bütün günü sosial şəbəkələrdə keçirsəniz belə. Tənbəl insan daha çox ağıllı olmalıdır ki, 100 dənə ucuz sifariş əvəzinə 10 dənə bahalı sifariş götürə bilsin. Buna görə də uğurun açarı yüksək intellektdir (əgər az işləyib çox pul qazanmaq istəyirsinizsə).