12 C
Baku
Wednesday, December 11, 2024

Nəyə görə tampliyerləri odda yandırırdılar?

Rəsmi olaraq bu orden «İsa Məsihin və Solomon məbədinin gizli rıtsarlığı» adlanır. Fransız dilində məbəd «temple» (tampl) deməkdir. Buna görə bu ordenin üzvlərini tampliyerlər adlandırırlar. Bu orden 1018-1119-cu illərdə Fələstində yaradılmışdır. İlkin olaraq onun üzvləri Fələstində zəvvarları və həmçinin dəniz sahillərindən xristian ibadətgahlarına gedən yolları hücumdan müdafiə edirdilər. 1128-ci ildə bu orden rəsmi olaraq katolik kilsəsi elan olunur. 

Ordenə daxil olan hər kəs üç and gətirməli idi: itaət, iffət və kasıblıq andları.

Ordena daxil olan cəngavər bütün sərvətini ordenə bağışlamalı idi.

Buna görə tampliyerlərin ordeni qısa bir zamanda Avropanın ən varlı cəngavər ordeninə çevrilir. Toplanmış vəsaitlərə tampliyerlər Avropanın bir neçə hissəsində böyük torpaq sahələri alırlar. XII əsrdə bu ordenə həm torpaq sahələri, həm də dəniz limanları və həmçinin güclü dəniz donanması məxsus idi. Eyni anda cəngavərlər Avropa rahiblərinə borc pul verən bankirlərə çevrilirlər.

Bütün bu səbəblər tampliyerlərə qarşı müxtəlif ölkələrin başçıları tərəfindən nifrət və paxıllıq hisslərini oyadırdılar. Onlar tampliyerlərin sərvətlərini əldə etmək istəyirdilər. Lakin tampliyerlər katolik kilsəsinə çox saylı ianələr etdikləri üçün ilk dövrlərdə onlar bu cür qəsdlərdən qorunmuş olurdular.

Yalnız XIII əsrdə ordenin rəhbərliyi xaç yürüşündə iştirak etməkdən imtina etdiyi üçün tampliyerlərə hücum etməyə başlayırlar. Qısa bir zamanda cəngavər ordeni məhv edilir və onun üzvləri heyvancasına inkivizisiya zindanlarında işgəncə görürlər və odda yandırılırlar.

Bu hadisə 1307-ci ildə baş vermişdi.

Son xəbərlər
Digər xəbərlər