26 C
Baku
Friday, July 5, 2024

Nəyə görə tibet rahibləri başlarını qırxırlar?

Əfsanəyə əsasən, Budda icmaya yeni üzvü «Gəl, dilənci!» sözləri ilə qəbul edirdi, bundan sonra  yeni üzvün başındakı saçlar yox olurdu, onun geyindiyi paltar isə möcüzəvi şəkildə zəfəran rəngli bir geyimə çevrilirdi. Qırx beş il ərzində Budda öz təlimini tədris edirdi, o, icma üzvlərinin davranış və nitqlərini ən balaca detallarını belə əks etdirən 200-300 qanun tərtib etmişdi.

Həmçinin Budda davamçılarına gələcəkdə bu qaydaları ictimaiyyətin şəraitlərinə uyğunlaşdırmaq üçün dəyişdirmək səlahiyyəti vermişdi. Budda dərin mənəvi və intelektual tədrisin əsasını qoyan özünüməhdudlaşdırmanın dissiplinini (vinayu) tərtib etmişdi. Bu dissiplin icmanın üzvlərinin əsas məşğuliyyətinə çevrilir. Dissiplin həmçinin daha sadə təcrübələrlə məşğul olan xüsusi icmanın da tədris almaq imkanlarını təmin edirdi. Bu xüsusi icma dünya malından imtina etmiş diləncilərə dəstək olurdu və onlarla və digər ictimaiyyətlə əlaqələr qururdu.

Son xəbərlər
Digər xəbərlər