Öz emosiyalarınızı biruzə verməkdə – İnsanlar öz hisləri və yaxud göz yaşlarına görə utanmağa vərdiş ediblər. Lakin bu təbii prosesdir. Siz ağlaya, sevinə, darıxa bilərsiniz, siz canlı insansınız. Bunu gizlətməyin nə mənası var?
Əfv etməyə görə – Bağışlamaq bacarığına və rəhmliliyə ancaq böyük ürəyə sahib insanlar malikdirlər. Kimsə sizdən məhz bunu gözləyir deyə yersiz qəddarlıq etməyə gərək yoxdur.
İnanclarınıza görə – İnanca sahib olan insan ətrafdakılarda hörmət hissi yaradır. Öz inanclarını gizlətməyən və onları qorumağa hazır ola insan ikiqat hörmətə sahib olur.
Öz uğursuzluqlarınıza görə – Bu bir çox insanların əsas fobiyasıdır. Lakin unutmayın ki, sınamasanız alınıb-alınmayacağından əmin ola bilmərsiniz. Belə isə, nəyə görə üzr istəyirsiniz?
Xarici görünüşünüzə görə – Xarici görünüşünə görə utanmaq da əksər insanların əsas kompleks mənbələridir. Uyğunsuz şəkildə geyinmiş, həddindən artıq çəkili insan ətrafdakılarda gülüş doğura bilər. Lakin əgər bu insan öz xarici görünüşünü özünə kompleks hesab etdikdə və cəmiyyət arasında bunu biruzə versə iki qat gülüş hədəfinə çevriləcək. Buna görə də, xarici görünüş və dəb ilə aranız elə də yaxşı deyilsə rahat olun və necə deyərlər “boş verin!”
Daim insanlar qarşısında hər hansı bir şeyə görə özünüzə bəraət qazandırmağa çalışmağınız, sizin bütün çatışmazlıqlarınız ilə özünüz olmaq şanslarınızı əlinizdən alır.
Heç kəs ideal deyil, unutmayın!