23 C
Baku
Thursday, April 25, 2024

Nəyə görə xoşbəxt insanlar daha çox pul qazanır?

Bir çoxlarınız qəbul edərsiniz ki, gəlir səviyyəsi ilə xoşbəxtlik səviyyəmiz müəyyən mənada qarşılıqlı əlaqəyə sahibdirlər. Bununla belə, belə bir yanlış düşüncə mövcuddur ki, çox sərvətə sahib olmaq insanı xoşbəxt edir.

Bu mözvü ilə çoxlu sayda araşdırma aparılsa da, ən populyar olanı Priston universitetinin araşdırmasıdır. 2010-cu ildə alimlər belə aşkar edirlər ki, xoşbəxtlik hissi gəlirin artması ilə birlikdə artır. Lakin gəlir səviyyəsi ildə 75 000 dollara çatdıqdan sonra bu məbləğdən daha çox qazansanız belə bundan məmnunluq və xoşbəxtlik duymayacaqsınız.

Bunun əksinə, xoşbəxtlik hissinin maliyyə rifahına səbəb olduğu faktı doğrudur və son zamanlarda aparılan bir neçə araşdırma bunu sübut etmişdir. Məsələn, ABŞ Milli elmlər akademiyasının nəşr etdiyi elmi işə əsasən, həyatından məmnunluq duyan yeniyetmələr və gənc insanlar gələcəkdə çox pul qazanırlar.

Bəs nəyə görə xoşbəxt insanlar daha çox pul qazanırlar? Araşdırmaya əsasən, bunun üçün aşağıdakı səbəblər mövcuddur:

Xoşbəxt insanlar optimist xarakterə sahibdirlər:

Xoşbəxt insanlar həyatın onlara oxuduğu meydanlara qarşı getməyə və risk etməyə hazırdırlar ki, bu da gəlir əldə etmək üçün onlara geniş şans yaradır. Bundan əlavə, onlar öz uğursuz qərarlarına şəxsi məğlubiyyət kimi deyil, yeni bilik və təcrübə qazanmaq imkanı kimi baxırlar.

Xoşbəxt insanlar işdən daha az uzaqlaşmağa çalışırlar:

Sözsüz ki, xoşbəxt olmaq əhval-ruhiyyəyə təsir edir. Həyatından məmnun olan əməkdaşlar zamanlarının çoxunu işdə keçirir və nadir hallarda bülletenə çıxırlar.

İllinois universitetinin apardığı araşdırmaya inansaq, xoşbəxt əməkdaşlar özünü bədbəxt hesab edən insanlardan 15 gün daha az evdə keçirir və 10 il daha çox yaşayırlar.

Qərbi Sidney universitetinin iqtisadiyyat üzrə professoru Satya Paul yazır: “Sağlamlıqla bağlı özünü pis hiss etmək təbii ki, məhsuldarlığa və insanın iş qabiliyyətinə mənfi təsir edir ki, bu da gəlir səviyyəsinin enməsinə səbəb olur”.

Xoşbəxt insanlar daha məhsuldardır:

Varvik Universitetinin (Böyük Britaniya) alimləri xoşbəxtlik və məhsuldarlıq arasında əlaqənin olduğunu aşkar etdiklərini iddia edirlər. İqtisadiyyat professorları Andrew Oswald, Eugenio Proto və Daniel Sgroi təsadüfi seçmə yolu ilə təyin edilən insanlarla eksperiment həyata keçirmişlər və bu zaman belə məlum olur ki, özünü xoşbəxt hesab edən insanlar digərlərindən 12% daha çox məhsuldarlığa sahibdirlər.

Məhsuldar insan işdə müəyyən üstünlüklərə sahibdir. Rəhbər şəxs sözügedən əməkdaşın məhsuldarlığının fərqinə vardıqda onun iş mühitində inkişaf etməsi üçün şərait yaradır və əldə etdiyi əmək haqqını artırır.

Xoşbət insanlar daha yüksək effektivliyə sahibdirlər:

 “Xoşbəxtlik yoluxucudur. O ilk olaraq kolleqalarınız arasında yayılır və daha sonra ən əsası müştəriləriniz də buna “yoluxur”” – deyə “Bütün afrikalılar üçün zənginlik” kitabının müəllifi və Grandeur Touch şirkətinin biznes strategiyaları üzrə baş konsultantı Idowu Koyenikan deyir. Bu səbəbdən də, xoşbəxt əməkdaşlar müsbət nəticələrə səbəb olur və bu da son nəticədə əmək haqqının artırılmasına səbəb olur.

Xoşbəxt insanlar problemi həll edir, onu yaratmır:

 “İnsanların əksəriyyəti heç nədən problem yaradır, iş yerindən, müdirdən, kolleqalarından gileylənir. Xoşbəxt insanlar isə əksinə, problemlərin həllini axtarmağa meyillidirlər” – lider keyfiyyətlərinin inkişafı üzrə təlimçi Lynda Talley deyib.

Xoşbəxt insanlar özlərinə yatırım edir:

LexION Capital investisiya şirkətinin yaradıcısı və CEO-su Elle Kaplan deyir: “Xoşbəxt insanlar daha çox pul qazanır, çünki onlar daim özünü təkmilləşdirir, yeni biliklər qazanır və öz gələcəklərinə yatırım edirlər. Bundan əlavə, özünə sərmayə yatırdıqda xoşbəxtlik səviyyəsi də yüksəlir. Ola bilsin, insanın özü üçün edə biləcəyi ən yaxşı şeylərdən biri də budur. ”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər