Banker.az xəbər verir ki, Rusiya Mərkəzi bankının rəhbəri Elvira Nabiullina Finopolis – innovativ maliyyə texnologiyaları forumu gedişində bildirib ki, rus Mərkəzi bankı kriptovalyutaların tətbiq edilməsi məsələsinə təmkinlə yanaşsa da, blockchain texnologiyasını dəstəkləyir.
“Biz yeni texnologiyaları qadağan etmirik. Siz yəqin ki, kriptovalyuta ilə bağlı mübahisələri izləyirsiniz və Mərkəzi bankın təmkinli mövqeyinə bələdsiniz. Lakin bununla belə kriptovalyutaların əsasını təşkil edən texnologiyaları, blockchaini dəstəkləyirik. Bu texnologiyaları xüsusi olaraq sınaqdan keçiririk” – Nabiullina deyib.