“Broad Arrows” hərracı Sürixdə “Aston Martin Valkyrie” hiperkarını hərraca çıxaracaq.
Bu kabrioletdən indiyə qədər cəmi 85 ədəd istehsal olunub. Satışa çıxarılan xüsusi avtomobilin yürüşü isə cəmi 97 kilometrdir.
Hiperkarın 2.75-3.25 milyon İsveçrə frankı arasında (3.5-4.1 milyon dollar) qiymətə satılacağı gözlənilir.
Model 2021-ci ildə təqdim edilib. Satışa çıxarılan “Valkyrie Spider” 6.5 litrlik V12 mühərriki ilə təchiz olunub. Qurğu 1 155 at qüvvəsi və təxminən 350 km/saat maksimal sürət təmin edir.







