19 C
Baku
Thursday, October 17, 2024

“Naftalan Qənnadı” ASC-nin 30 faizlik səhm paketi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 1 səhmdar cəmiyyətin səhm paketi və 22 nəqliyyat vasitəsi özəlləşdirilib.

Banker.az xəbər verir ki, hərraca çıxarılan “Naftalan Qənnadı” ASC-nin 30 faizlik səhm paketi satılıb.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə https://clck.ru/33ihWp linki vasitəsilə tanış olmaq olar.

Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisəsi və obyekti, nəqliyyat vasitələri üzrə növbəti hərraclar 11,19 və 25 iyul tarixlərində keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər