19 C
Baku
Thursday, May 2, 2024

Naftalanda 5 ulduzlu sanatoriya müddəti bitmiş məhsullar satıb

“Yeni Naftalan Hotel Company” MMC-nin Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində yerləşən sanatoriyasında nöqsanlar aşkarlanıb.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, MMC-yə məxsus “Qaşaltı Sanatoriyası”nda mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, saxlanma müddəti bitmiş məhsulların satışı, etiketlənməyə dair tələblərin pozulması aşkar edilib.

Aşkarlanmış hallarla bağlı inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı qərar verilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər