28 C
Baku
Monday, July 21, 2025

“Naftalan”ın fəaliyyəti məhdudlaşdırılıb, araşdırmalara başlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Kürdəmir rayonu ərazisində yerləşən “Naftalan” ailəvi restoranda baş verən zəhələnmə hadisəsi ilə bağlı açıqlama yayıb.

Qurumdan verilən məlumata görə, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus “Naftalan” ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Agentliyin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.

Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib.

Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.

İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər