Azərbaycanda nağd milli valyuta və milli valyutada ifadə olunan qiymətli kağızlarla bağlı qaydalar sərtləşdirilib.
Banker.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 21 avqust tarixində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na edilən dəyişiklikdə bu bildirilib.
Sentyabrın 21-dən qüvvəyə minən qərarda qeyd edilir ki, 20 000 manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar da “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların” siyahısına daxil edilib.
Hazırda isə xarici valyutada nağd olaraq və xarici valyuta ilə ifadə olunan qiymətli kağızlar 10 min ABŞ dolları ekvivalentindən yuxarı olduqda yazılı şəkildə bəyan olunmalıdır.
Qeyd edək ki, qərarda 30 gün sonra qüvvəyə minəcəyi qeyd edilmişdi.