19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Nağd pul krediti: Bankların yeni kampaniyalarının şərtləri nədir?

Azərbaycanda banklar artıq sərt karantinin yumşaldılması və payızın daxil olması ilə, öz yeni kampaniyaları ilə kredit almaq istəyən müştərinlərinin axtarışındadırlar.

Ölkədə bu kampaniyalar son ayda, əsasən də avqustun əvvəlində kütləvi xarakter almaqdadır. Bir neçə aydır kredit verilməsi üçün sərt karantin səbəbindən yaranan bir çox maneələr aradan qalxır. Eləcə də dərs ilinin başlanması, ödəniş əsasda universitetlərə daxil olanların pul ehtiyacını qarşılamaq kredit təşkilatlarını bir qədər də aktivləşdirib.
Kredit kampaniyaları iki istiqamətdə: biznes və istehlak kreditləri üzrə aparılır. Biz isə bankların əsasən öz təşəbbüsü ilə irəli sürülən istehlak kreditləri üzrə kampaniyaları araşdırdıq.

Məlumdur ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti son iclasında (30 iyulda) uçot dərəcəsini növbəti dəfə 0.25% bəndi azaltmaqla 6.75%-ə qədər azaldıb. Və bu qərarın ardından isə kredit təşkilatları da bu qərara reaksiya verib istehlak kreditlərinin faiz dərəcələrinin başlanğıc faizini hətta 14%-ə qədər endirməli oldular.

Hazırda müşahidə edilən reklam kampaniyalarından məlum olur ki, ölkədə istehlak kreditlərinin başlanğıc faiz dərəcəsi 14%, yuxarı həddi isə 22%-də bitir.

Bankların kampaniyalarını Banker.az təqdim edir:

 

 

Son xəbərlər
Oxşar xəbərlər