8 C
Baku
Saturday, December 3, 2022

Nağd pul kreditləri reytinqi (09.09.2013)

Mütamədi olaraq saytımızda kreditlər haqqında reytinqlər hazırlanır və təzələnir. Bu dəfə də istərdik ki, nağd pul kreditləri haqqında banklarda baş verən dəyişiklikləri nəzərinizə yetirək.

Qısaca nağd pul krediti haqqında məlumat vermək istərdik. Bildiyiniz kimi bütün banklardan kredit əldə etməyiniz mümkündür. Lakin sırf banklarda nağd pul krediti adı altında təqdim olunan məhsullar bütün banklarda mövcud deyil.

Bu kreditin əldə olunma şərtləri banklardan asılı olaraq fərqlənir. Bunun üçün ilk növbədə sizdən şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, məbləğdən asılı olaraq zamin, girov və s. təminatlar tələb oluna bilər.

Bankların təqdim etdikləri kreditin illik faiz, müddət, məbləğ, komisyon haqqı və təminat bir – birindən fərqlənir. Qeyd olunan fərqlərlə daha ətraflı reytinqə nəzər yetirə bilərsiniz.

Qeyd edək ki, reytinq Banklarla birbaşa Müştəri qismində əlaqə saxlanılaraq hazırlanmışdır.

N

Bankın adı

Məhsulun adı

Max Məbləğ

Max Müddət

İllik Faiz

Komisyon

Zamin

Əlavə

1

ASB Bank

Nağd pul krediti

10 000 AZN

36 ay

20%

1.5%

 5 000 AZN – 1 zamin
5000 – 10 000 AZN – 2 zamin

10 000 AZN-dən yuxarı daşınmaz əmlak tələb olunur.

2

Bank VTB

Nağd kreditlər

5 000 AZN

24 ay

28%

3%

Zamin tələb olunmur

Kredit iş yerindən arayışa əsasən təqdim olunur, zamin və ya girov tələb olunmur

3

Expressbank

Nağd pul krediti

8 000 AZN

24 ay

28%

4%

3 000 AZN -dək zaminsiz
3 000 AZN -dən yuxarı – 1 zamin

Zaminin əmək haqqısı ərizəçinin əmək haqqısının 40% dən az olmamalıdır.

4

Rabitəbank

Nağd pul krediti

5 000 AZN

24 ay

28%

5%

İstənilən halda 1 zamin tələb olunur

Təkrar müştərilər üçün kreditin illik faizi 26% olacaq.

5

Unibank

Nağd kredit
(Arayışsız )

7 500 AZN

48 ay

29%

7%

Zamin tələb olunmur

Əgər hər hansı bir bankda kreditiniz olubsa iş yerindən arayış tələb olunmur. Kreditin faizləri 30 oktyabr tarixindən sonra 32% lə olacaq.

6

NBC Bank

Pul krediti

5 000 AZN

36 ay

30%

5%

2 000 AZN – 1 zamin
2 000 AZN dən yuxarı – 2 zamin

Dövlət işində çalışan şəxslərə girovsuz maksimum 5000 AZN-ə qədər, özəl sektorda çalışanlara isə maksimum əmək haqqının 5 misli qədər kredit verilə bilər.

7

Bank of Baku

Nağd pul krediti

5 000 AZN

24 ay

32%

7%

2 000 AZN-dək -zaminsiz
2 000 AZN -dən yuxarı 1 zamin tələb olunur

Bankla parntnyorluğu olmayan müəssisə əməkdaşları üçün – 36% lə kredit ayrılır

8

Bank Respublika

Nağd pul krediti

10 000 AZN

36

32%

2%

İstənilən halda 1 zamin tələb olunur

Məbləğdən asılı olaraq girov tələb olunur.

9

Bank BTB

Nağd kreditləri

5 000 AZN

36 ay

32%

8%

2 000 AZN-dək -zaminsiz
2 000 AZN -dən yuxarı 1 zamin tələb olunur

Müəyyən hallarda iş yerindən arayış tələb olunmaya bilər.Əksər hallarda isə tələb olunur

10

Access Bank

Nağd kredit

10 000 AZN

36 ay

33%

2%

1 500 AZN -dək-zaminsiz
1 500 AZN -dən yuxarı 1 zamin tələb olunur

Təkrar müştərilər üçün daha aşağı faiz dərəcəsi ilə kreditlər təklif olunur

11

DəmirBank

Nağd pul krediti

10 000 AZN

24 ay

34%

2%

2 000 AZN -dən yuxarı 1 zamin tələb olunur

Dövlət təşkilatı və ya sabit maliyyə durumu olan özəl müəssisə,
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər  bu kreditdən yararlana bilərlər

Redaksiya ilə əlaqə (012) 595 03 95

Son xəbərlər
Digər xəbərlər
X