7 C
Baku
Thursday, December 12, 2024

Nağdlaşdırılan vəsait təyinatı üzrə xərclənmədiyi halda ödəmə mənbəyində vergiyə cəlb olunurmu?

Hüquqi şəxs bank hesabından aylıq cari xərclər üçün 30.000 manatadək vəsait nağdlaşdırıbsa və bu vəsaiti təyinatı üzrə xərcləməyibsə (və xərcə salmayıbsa), bu vəsait üzrə ödəmə mənbəyində vergi öhdəliyi yaranırmı? Əgər yaranırsa, ödəmə mənbəyində vergi bəyannaməsində hansı xanada qeyd olunmalıdır?
Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, ödəmə mənbəyində verginin tutulması vaxtı və qaydası Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, bu halda gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faiz və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

Sorğuda qeyd olunan xərcin təyinatı haqda məlumat verilmədiyi üçün ödəmə mənbəyində vergiyə cəlb olunub-olunmaması haqda məlumatın verilməsi imkan xaricindədir. Bundan əlavə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 150-ci maddəsi

Son xəbərlər
Digər xəbərlər