12 C
Baku
Friday, March 29, 2024

Nağdlaşmanın azaldılması məqsədilə Vergi Məcəlləsinə yeni dəyişikliklər edilir

Fevralın 28-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclasında, bir sıra məsələlərlə yanaşı, vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergi sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində məsələlər müzakirə edilib. Banker.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayır.

İclasın nəticələrinə əsasən, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə Prezidentinin 2018-ci il 22 dekabr tarixli fərmanı ilə müəyyən olunmuş tapşırıqların icrasını təmin etmək məqsədilə vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin Nazirlər Kabinetinin iclasında qaldırdığı məsələlər və verilən təkliflər nəzərə alınmaqla, aidiyyəti dövlət orqanlarına müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bundan əlavə, Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə ölkədə nağdlaşma səviyyəsinin azaldılması və növbəti dövlət büdcəsi zərfi çərçivəsində Vergi Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini hazırlayaraq 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda, Vergilər Nazirliyinə Maliyyə və İqtisadiyyat nazirlikləri ilə birgə konstruktiv əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi haqqında, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanının 3.2.3-cü yarımbəndi ilə verilmiş tapşırığa uyğun olaraq, əmtəəsiz əməliyyatlar aparmaqla və yalan əqdlər bağlamaqla vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi ilə növbəti dövlət büdcəsi zərfi çərçivəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinin Aparatına təqdim etmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər